Yuxarı

Zaur Əkbər Müsavatdan niyə getdi? – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal, Müsavat Partiyasının üzvü Zaur Əkbər istefa verib.

Axar.az-ın məlumatına görə, bu haqda öz Feysbuk səhifəsində bəyanatla çıxış edən Zaur Əkbər partiyadan istefasının səbəblərini açıqlamayıb. Z.Əkbər müstəqil şəkildə fəaliyyət göstərmək niyyətində olduğunu bəyanatında vurğulayıb:

"Düz on ildir ki, Müsavat Partiyasının üzvüyəm. Bir neçə il müddətində Müsavat Gənclər Təşkilatının təbliğat məsələləri ilə sədr müavini olmuşam. Bu müddət ərzində hər zaman üzərimə düşən işi çox ləyaqətlə yerinə yetirmişəm. Partiyada aktiv olduğum dövrlərdə heç bir qrupun və ya tərəfin adamı olmamışam.

Hər zaman Azərbaycanımızın banisi olan Məhəmməd Əmin Rəsulzadənin ideya və dəyərlərinin daşıyıcısı olmuşam. Bu istiqamədəki mübarizəm indi də davam edir və bundan sonra da davam edəcək".

O qeyd edib ki, 2007-ci ildən müstəqil olaraq ictimai-siyasi fəaliyyətə üstünlük verib:

"Amma bununla yanaşı, Müsavat Partiyasında sıravi üzv kimi qalmışam. Hazırda isə özümün gələcək ictimai-siyasi fəaliyyətimi, planlarımı daha çox müstəqil şəkildə həyata keçirəcəyimi və bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyimi nəzərə alaraq bugündən Müsavat Partiyası sıralarından istefa verirəm. Partiyaya isə gələcək işlərində uğurlar arzulayıram".

Onu da bildirək ki, Zaur Əkbər "Gənclər klubu" İctimai Birliyinin həmtəsisçisidir.

Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirdikdən sonra istefalar başlanıb. Arif Hacılı başqan seçildikdən sonra bununla ikinci müsavatçıdır ki, partiyadan gedir. Bir neçə gün əvvəl isə Samir Kazımlı təşkilatdan istefa verib və yeni başqan haqqında bir sıra ittihamlar, tənqidi fikirlər səsləndirib.

Tarix
2014.10.07 / 22:35
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla