Yuxarı

Ehtiyat zonalarda bina və qurğuların yerləşdirilməsi təsdiq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ehtiyat zonalarda bina və qurğuların yerləşdirilməsi təsdiq edildi

Nazirlər Kabineti "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nı təsdiq edib.

AzərTac xəbər verir ki, bu Qayda "Avtomobil yolları haqqında" Azərbaycan RespublikasıQanununun 15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydalarını müəyyən edir.

Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir.

Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadan imtina edilir.

Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

Tarix
2014.10.12 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla