Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


Azərbaycan Ordusunu sürətlə buna hazırlayır - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransa zenit raket komplekslərini almasına Moskva heç bir sərt reaksiya göstərməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Qriqori Trofimçuk deyib. O, silah tədarükünün diversifikasiya məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, əvvəl-axır başlayacaq Qarabağ müharibəsində Azərbaycanın illərlə aldığı silahların nə dərəcədə effektli olması bilinəcək. Trofimçuk Azərbaycanın Qərb ölkələrindən silah alışının aktivləşməsinin Bakının NATO-nun təsir dairəsinə düşməsi yox, Azərbaycanın öz ordusunu müasir tələblərə cavab verən NATO ordusunun səviyyəsinə çatdırmaq istəyi ilə bağlı olduğunu vurğulayıb:

“Azərbaycan açıq şəkildə nə ABŞ, nə Avropa Birliyinə tabe olmaq fikrindədir. Bu neytral ölkə Cənubi Qafqazda ABŞ və NATO-nun qaçılmaz güclənməsini nəzərə almalı olacaq. Bakının müəyyən şərtlər daxilində Moskvadan hərbi zəmanət almağa hazır olduğunu istisna etmirəm, amma Bakı hələlik Moskvanın zəmanətinə inanmır”.

O, hazırda Qərb üçün əsas problemin Azərbaycanın həddən artıq müstəqil olması olduğunu söyləyib. Trofimçukun fikrincə, hazırda Azərbaycan üçün əsas məsələ mövcud olan balansı müharibəsiz nə zamana qədər qoruyub saxlaya biləcəyidir.

Tarix
2018.12.05 / 15:49
Müəllif
İlkin, Zaur
Şərhlər
Загрузка...
Digər xəbərlər

1xBet-dən yeni aksiya: Honda NSX avtomobilini qazanın

Əli Həsənov azərbaycanlılarla çeçenlərin insidentindən danışdı

Məmmədyarov açıqladı: Mnatsakanyanla görüş...

Prezidentdən 16 min tələbəyə sürpriz - Ekspert

Özoral Türkiyədə erməni kanalının yaranmasından danışdı

Türkiyənin qoruduğu ölkənin erməni sevgisinə səfirdən - Reaksiya

Yüksək vəzifə alan Zahid Oruc müraciət yaydı

ABŞ NATO-nu Qafqaza gətirir - Nizamnamə dəyişir

Orduxanlının bu paylaşımı 130 min oxundu

Heyrətamiz görüş: Prezident sakinlərlə nələr danışdı – Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla