Yuxarı

Əliyevlə iki dəfə görüşən Paşinyan anladı ki... – Belyayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə iki dəfə görüşən Paşinyan anladı ki... – Belyayev

Paşinyanın alternativsizliyi imkan verir ki, o, Qarabağda güzəştlərə getsin.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı ekspert Mixail Belyayevin “Vestnik Kavkaza” saytında yayımlanan məqaləsində yer alıb.

“Siyasi rəqibləri şübhəli metodlarla ortadan qaldırmağına, aqressiv ritorikası və populizminə rəğmən bu gün Paşinyan ölkədə alternativi olmayan siyasətçiyə çevrilə bilib. O, yüksək legitimlik səviyyəsinə sahibdir və ölkənin idarə edilməsində bütün rıçaqlar nəzarətindədir. Bu ona imkan verir ki, ciddi daxili reformlar keçirsin və Dağlıq Qarabağın həllində kompromislərə getsin. Bu isə Ermənistanın Azərbaycan və Türkiyə ilə açıq sərhədlər şəraitində iqtisadi sıçrayış etməsi üçün lazımi potensialı təmin etməsinə gətirib çıxara bilər”, – deyə o bildirib.

O, Paşinyanın tezliklə daxili və xarici siyasətdəki kapitalından necə istifadə edəcəyi ilə bağlı çətin qərarlar verməli olacağını vurğulayıb.

Belyayev Paşinyanın oliqarx Qagik Çarukyanla sıx ittifaqının onun iqtisadiyyatda liberallaşmaya gedəcəyi vədlərini icra etməsiylə bağlı şübhələr yaratdığını deyib. Onun sözlərinə görə, daxili siyasətdəki yüksəki səviyyəli dəstəyi xarici siyasətdə dividentə çevirmək Paşinyan üçün çox çətin olacaq:

“Belə ki, Ermənistanın bunun üçün geosiyasi çəkisi yetərli deyil. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevlə iki dəfə görüşən Paşinyan anlayır ki, Qarabağ cəbhəsindəki hazırkı möhlət daim davam edə bilməz. Qarabağdakı vəziyyətlə bağlı danışıqlarda real inkişaf olmayacağı təqdirdə vəziyyət yenidən gərginləşəcək. Danışıqları uzatmaq taktikası və status-kvonun saxlanılması Köçəryən və Sərkisyan xəttinin təkrar edilməsidir. Qarabağ müharibəsi sayəsində özlərinə siyasi kariyera yaradan iki sələfindən fərqli olaraq Paşinyan öz uğurlarına görə müharibəyə borclu deyil və bunun üçün də müharibə partiyasını o təmsil etməli deyil.

Madrid prinsipləri bazasında kompromis qərar, yəni ilk mərhələdə regional iqtisadi əməkdaşlığa qoşularaq sərhədlərin açılmasına qarşılıq işğal edilmiş rayonlara əhalinin dönüşünün təmin edilməsi Dağlıq Qarabağda hərbi fəaliyyətlərin yenilənməsi riskinin minimuma endirilməsi və dayanıqlı iqtisadi artımı təmin etmək imkanıdır”.

Tarix
2018.12.11 / 13:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

Peter Staray Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla