Yuxarı

“Diqlas” yanğınında təxribat izi var – Millət vəkilindən şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Diqlas” yanğınında təxribat izi var – Millət vəkilindən şok

Biz bazar iqtisadiyyatına keçmişik, amma ölkəmizdə normal fəaliyyət göstərən birja yoxdur. Dünyanın hər yerində iqtisadiyyata investisiya cəlb etməyin ən gözəl yollarından biri birjadır.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev ölkə prezidentinin iqtisadi islahatlarla bağlı atdığı addımlarla bağlı “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində bildirib.

Q.Həsənquliyev qeyd edib ki, bizdə birja normal fəaliyyət göstərsə, vətəndaşlar gedib o şirkətlərin səhmlərini alar:

“İri şirkətlər öz səhmlərinin ən azı 30 faizini çıxarıb birjalarda satırlar və ordan böyük pullar götürürlər ki, istehsalatı genişləndirsinlər. Son vaxtlar görün nə qədər azərbaycanlı gedib qardaş Türkiyədə ev, yaxud Çexiyada, başqa ölkələrdə daşınmaz əmlak alır. Sizi əmin edirəm, bizdə birja normal fəaliyyət göstərsə, vətəndaşlar gedib o şirkətlərin səhmlərini alarlar. İldə bir dəfə Türkiyəyə gedəcək, iki gün o evdə qalacaq, ya qalmayacaq, amma o mənzili alıb, qoyub orda. O pullar bizim iqtisadiyyatımıza daha çox xeyir verər. Bir dənə birjanın normal fəaliyyətini təmin etməklə çox böyük dəyişikliklərə nail olmaq mümkündür”.

“Diqlas” Ticarət Mərkəzindəki yanğından da danışan deputat bildirib ki, baş verən yanğında təxribat izini istisna etmir:

“Mən təxribat variantını da istisna etmirəm. Əminəm ki, hüquq-mühafizə orqanları o variantı da araşdıracaqlar. Təxribatları bəzi hallarda peşəkarlar, xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edirlər və çalışırlar ki, bu zaman heç bir iz buraxmasınlar, tamam başqa görüntü yaransın. Onun üçün böyük peşəkarlıq lazımdır ki, məsələnin əsl mahiyyətini üzə çıxartmaq mümkün olsun”.

Tarix
2019.04.01 / 09:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla