Yuxarı

AzTV-də növbəti kadr təyinatları oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr islahatları olub.

Axar.az xəbər verir ki, televizyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib.

Ona televiziyanın İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinin icrası tapşırılıb.

Uzun illərdir İctimai-siyasi proqramlar redaksiyasında çalışan Səxaddin Hüseynov isə adı çəkilən redaksiyanın baş redaktoru təyin olunub.

Bundan başqa, QSC sədrinin köməkçisi Elşən Həsənov müqavilə müddəti başa çatdığı üçün öz istəyi ilə işdən ayrılıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Report-a təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiayalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb. Bundan başqa, televiziya filmləri və tamaşalarının çəkilişinə başlanılıb.

Tarix
2019.06.01 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla