Yuxarı

Zakir Həsənov ermənilərə xəbərdarlıq etmişdi... - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın bu əməli ilk deyil. Biz ümumi danışıqlar ərəfəsi prosesə baxsaq, görərik ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqlar prosesi ərəfəsində hər zaman erməni tərəfi hansısa təxribata əl atır. Onlar danışıqlar prosesindən yayınmaq üçün bu formada təxribatlar törədir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov erməni snayperinin zabitimiz Aqil Omarovu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı şəhid etməsi haqda danışarkən deyib. O bildirib ki, Ermənistan tərəfi bu hadisəni törətməklə öz işğalçı siyasətini bir daha göstərdi:

“Ermənistan tərəfi dəfələrlə atəşkəs rejimini pozsa da, ATƏT-in Minsk Qrupunun regionda olduğu zamanda belə bir hadisə yaşanmamışdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə müraciət etmişdi ki, qarşılıqlı olaraq cəbhə bölgəsində sakitliyi qoruyaq. Lakin gördüyünüz kimi, o da özündən əvvəlki əqidədaşları kimi sözlərinə xilaf çıxdı. Bundan sonra məsuliyyət Ermənistan rəhbərliyinin və ATƏT-in Minsk Qrupunun üzərinə düşür. Azərbaycan bu cür təxribatlara ağır və təsiredici şəkildə cavab verəcək. Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov xəbərdarlıq etmişdi ki, bundan sonra hər bir təxribata sərt şəkildə qarşılıq veriləcək. Bunu nəzərə alaraq hesab edirəm ki, bizim əsgər və zabitlərimiz öz əsgər yoldaşlarının qısasını alacaqlar. Ordumuz öz gücünü, üstünlüyünü düşmənin üzərində göstərəcək”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan lokal hərbi əməliyyat keçirsə, Paşinyan hakimiyyətini itirəcək:

“Hazırda Ermənistanda gedən proseslər, həmçinin Qarabağ klanının Paşinyana qarşı birləşməsi onu sərsəm və radikal hərəkətlər etməyə sövq edir. Onların əsas məqsədi Azərbaycanı sərt addımlar atmağa vadar edib müharibə başlatmaqdır. Çünki Azərbaycan tərəfi müharibəyə başlasa, bu, Paşinyan üçün ağır zərbə olar və onun hakimiyyətinin sonunu gətirər”.

Qeyd edək ki, mayın 30-da Ermənistanın Silahlı Qüvvələri bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun zabiti Omarov Aqil Akif oğlundan şəhid olub.

Tarix
2019.06.03 / 22:41
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla