Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2019


Qəhrəmanlının “ailə məsələsi” niyə ictimailəşdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun dünən özünün, anasının ailədaxili zorakılığa məruz qalması, atasının onlara şiddət tətbiq etməsi ilə bağlı paylaşdıqları birmənalı qarşılanmadı. Çoxu hesab edir ki, bu şiddət ailədaxili bir məsələ olduğu üçün ictimailəşdirilməməli və müzakirəyə çıxarılmamalı idi.

Hətta bir çoxu şiddət qurbanı olan bir qızın illərdir qarşılaşdığı problemi dilinə gətirməsini siyasiləşdirməyə də çalışdı. Ancaq bu məsələ ictimailəşdiyi andan buna səssiz qalmayan ziyalılar, ölkənin tanınmış ictimai xadimləri bu məişət zorakılığının "ailədaxili məsələ" kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğuladı.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə gənc xanımı cəsarətinə görə alqışlayıb. K.Ağazadı bildirib ki, bu gün onun atasının kim olmasından, onun kimin qızı olmasından söhbət getmir:

“Bir qız, bir xanım özündə cəsarət tapıb məsələni ictimailəşdirirsə, bu özü böyük bir addımdır. Əslində bu müraciət zamanında hüquq-mühafizə orqanlarına olmalı idi və bu, daha effektiv ola bilərdi. Ancaq ola bilər, bu mexanizmlərin bir qədər zəif olması, ola bilər, özünün məlumatsız olması səbəbindən baş verənləri ictimailəşdirib. Həmçinin ola bilər, o, düşünüb ki, onun məhz bu şəkildə addım atması daha effektivdir. Onun necə düşünməsindən asılı olmayaraq, Selcanın bu istiqamətdə istənilən addımını alqışlayıram və yüksək qiymətləndirirəm.

Bu ictimai qınaq böyük bir mesaj idi. Elina məsələsindən sonra onlarla valideyn bizə müraciət etdi ki, məktəbdə belə hallarla qarşılaşırıq. Elina hadisəsi uşaqlara, valideynlərə bir tərpəniş oldu sanki. Artıq uşaqlar da ailələrindəki problemləri danışmağa başladılar. Bunun özü də qızların hüquqlarının qorunması, şiddətə yox deməsində bir çağırış idi”.

K.Ağazadə bildirib ki, S.Yağmur kimi şiddətə məruz qalan heç kəs susmamalıdır:

“Bu gün belə cəsarətli addım atan qızı qınaya bilərlər ki, o, atasını rüsvay etdi. Bəs onun özünün bu günə qədər yaşadıqları? Axı heç kəs onun yanında olmayıb, onun nələr yaşadığını, hansı travmalar aldığını heç kəs görməyib. Ananın barmaqlarının, uşağın dizinin sındırılmağı nə deməkdir? Görün o insanlar şiddətin nə qədərini yaşayıb, necə sarsıntı keçirib. Nə etməli idi, susmalı idimi?

O çıxış yolunu ictimailəşdirməkdə görüb. Bəlkə Elina da zamanında ailəsində, məktəbində, ətrafında özünə qarşı baş verən haqsızlıqları ictimailəşdirə bilsəydi, kiməsə danışa bilsəydi, bu gün onu itirməzdik”.

İctimai Birlik sədri qeyd edib ki, istənilən ictimai xadim, ziyalı, siyasətçi ilk növbədə ailəsi ilə nümunə olmalıdır:

“Mən bu məsələnin siyasi tərəflərini tamamilə kənara qoyuram. Hər bir ailəni idarə edən ailə başçısı nümunə olmalıdır. Bu gün hər bir ziyalı, ictimai xadim, tanınmış şəxs, siyasətçi ailəsi ilə nümunə olmalıdır. O insanların etdiyi səhvi niyə həmişə cəmiyyət onların üzünə vurur, bilirsinizmi? Çünki o, ictimai nüfuza sahib biridir. Əgər sən bu nüfuzunu qoruyub saxlaya bilmirsənsə, insanların qınağına tuş gəlirsənsə, demək, sən bu nüfuza haqq etmirsən. Mən bu məsələdə heç bir siyasi fiquru önə çəkmirəm. Əgər bir insanın evində şiddət varsa, özü şiddət tətbiq edirsə, necə tribunadan şiddəti pisləyə bilər, hansı üzlə insanlara şiddətin dəhşətindən danışa bilər? Bu ancaq ikiüzlülükdür, saxtakarlıqdır. Qızlarımızı qorumalıyıq”.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa isə belə hesab etmir. Onun fikrincə, bir ailənin daxilində olan məsələ ictimai müzakirəyə çıxarılmamalıdır:

“Burada bir ailədən, insan həyatından söz gedir. Burada kim haqlıdır, kim haqsızdır, hələ də bəlli deyil. Bu, konkret bir şəxsin həyatı ilə bağlı olduğuna görə mənim fikir bildirməyim fərqli yorumlana bilər.

Mən şəxsən öz ailəmlə də, başqasının ailəsi ilə də bağlı eyni davranardım. İstənilən halda mən ailə həyatında baş verənlərin cəmiyyətdə ictimailəşməsini doğru hesab etmirəm. Ancaq, əlbəttə, burada şiddət, zorakılıq varsa və buna məcbur qalıb, ictimailəşdiriblərsə, hesab edirəm ki, mütləq şəkildə araşdırılmalıdır. Ancaq buna görə bir nəfəri indidən mütləq şəkildə ittiham etməyi doğru hesab etmirəm. Ailə, insan münasibətləri o qədər həssas bir məsələdir ki, kənardan deyilən adi bir söz prosesin rəngini, gedişini dəyişə bilər”.

Tarix
2019.09.20 / 14:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiyadan Azərbaycana maraqlı təklif

Kərimli və Osmanqızı efirdə ağlaşdılar... - Foto

Zatulin bundan xəbərsizdir - Səfirlik

Əli Kərimli azadlığa buraxıldı

Mir Şahinin mitinq şərhi - Video

Son 10 ildə bu sahədə artıma nail olunub - Nazir

Mətbuat Şurasından qanunsuz aksiya ilə bağlı - Müraciət

Azərbaycan hərbi xərclərini kəskin artırdı: Hazır olmalıyıq...

Sərhədlə bağlı problem həll olunub - Gürcü nazir

Radikal müxalifətin ikinci oktyabr iflası... - Əli Həsənov

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla