Prezident sərəncamı ilə səlahiyyətləri azaldılan
"Azərenerji" ASC-də yoxlamalar başlayıb. "Contact.az" xəbər verir
ki, Hesablama Palatası Kollegiyasının növbəti iclasında dövlət
büdcəsinin əsaslı vəsait qoyuluşundan "Azərenerji" ASC-yə ayrılan
vəsaitlərin istifadəsinə dair audit proqramı təsdiq
olunub.
Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal
Təsərrüfatı Departamentinə, Respublika Neyrocərrahiyyə
Xəstəxanasına və Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış
vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və
icrasına dair proqram təsdiq edilib.
Qeyd edək ki, Prezident sərəncamı ilə "Bakıelektrikşəbəkə"
ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılıb.
"Azərenerji" tərəfindən həyata keçirilən elektrik enerjisi ilə
istehlakçıların təmin olunması fəaliyyətinin bu quruma ötürülməsinə
qərar verilib.