Yuxarı

Putin bu nazirləri işdən çıxartdı – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin bu nazirləri işdən çıxartdı – Siyahı

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Nazirlər Kabinetinin tərkibi dəyişildi.

Axar.az xəbər verir ki, gözləntilərdə daha az dəyişiklik olacağı, əslində kabineti təşkil edən nazirlərin böyük əksəriyyətinin qalacağı bildirilsə də, fərqli mənzərə üzə çıxdı. Senator Aleksey Puşkov da ciddi dəyişikliyin olmayacağını proqnoz edənlərin yanıldığını, Putinin dəyişikliyinin “inanılmaz qədər böyükmiqyaslı” olduğunu bildirdi.

Maraqlıdır, kimlər vəzifəsini qorudu və kimlər getdi?

Beləliklə, vəzifəsini qoruyanlar:

Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Energetika naziri Aleksandr Novak, Sənaye və Ticarət naziri Denis Manturov, İnşaat və Mənzil-kommunal Təsərrüfatı naziri Vladimir Yakuşev, Maliyyə naziri Anton Siluanov.

Vəzifədən gedənlər və yenilər:

İqtisadi İnkişaf naziri Maksim Oreşkini Perm vilayətinin qubernatoru Maksim Reşetnikov, Mülki Müdafiə, Fövqəladə Hallar naziri Vladimir Puçkovu Yevgeni Ziniçev, Ədliyyə naziri Aleksandr Konovalovu Konstantin Çuyçenko, Səhiyyə naziri Veronika Skvortsovanı Mixail Muraşko, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Maksim Topilini Anton Kotyakov, Mədəniyyət naziri Vladimir Medinskini Olqa Lyubimova, İdman naziri Pavel Kolobkovu Oleq Matıtçın, Elm və Ali Təhsil naziri Mixail Kotyukovu Sergey Kravtsov, Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu Maqsud Şadayev, Təbii Sərvətlər və Ekologiya naziri Sergey Donskoyu Dmitri Kobulkin və s. əvəzlədi.

Yeni təyinatları saytımıza şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bütün bu kadr əvəzlənməsi ölkədə çox şeyi dəyişdirəcək:

“Rusiya yeni dövrə qədəm qoyur. Ölkədə iqtisadi inkişafın artırılması kursu güclənir, düşünürəm ki, bu, Rusiyanın idarəçilik sistemində köklü dəyişikliyin başlanğıcıdır”.

Tarix
2020.01.23 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla