Yuxarı

Bu, azərbaycanlılar üçün pis nəticələnə bilər - Şahbazi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, azərbaycanlılar üçün pis nəticələnə bilər - Şahbazi

Güney azərbaycanlı fəallar deyirlər ki, Urmiyadan Nadir Qazipur və digərləri İran parlamentinə seçilsələr də, bir iş görmədilər, xalqımızın mənafeyini müdafiə etmədilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəz Partiyasının üzvü Rəhim Şahbazi İran parlamentinə seçkilərdə seçici fəallığı ilə bağlı danışarkən deyib. O, Qərbi Azərbaycan əyalətinin hazırki durumunun nəzərə alınmalı olduğunu vurğulayıb:

“Doğrudan da belə bir şübhə var ki, seçilənlər məclisdə Qərbi Azərbaycanın mənafeyini müdafiə edəcəkmi? Bunlar rejimin adamlarıdır. Qərbi Azərbaycanda bu seçkilərdə də kürd kökənli namizəd seçilərsə, bunun bölgəmiz üçün gələcəkdə çox mənfi rolu ola bilər. Əsas olan nümayəndənin seçilməsi deyil. Məsələn, Sulduzda bir nümayəndə seçilib, o da qeyri-azərbaycanlıdır. Bu o mənaya gəlmir ki, biz Sulduzu qeyrilərinə vermişik. Diqqət yetirsəniz, sözügedən şəxs seçilənə qədər bölgədə yaşayanların maliyyələşməsi, siyasi, qeyri-siyasi məsələlər hamısı Qərbi Azərbaycanın mərkəzi Urmiyaya bağlı idi. Bu gün isə Sulduzdakı əhalinin durumu Mahabadan asılıdır”.

Şahbazi bildirib ki, seçkilərdə fəal iştirak etmək əyalətin gələcək taleyi üçün olduqca böyük önəm daşıyır:

“Nümayəndənin seçilməsi sadəcə siyasi mahiyyət daşımır. Seçilən nümayəndə özü ilə başqa adamları da məsul yerlərə gətirir. Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədmehdi Şəhriyarı bir çoxlarını çox mühüm postlara yerləşdirib. Ona görə də seçkilərdə özümüzdən olmayan biri seçilərsə, bu, vətənimiz üçün heç də yaxşı nəticələnməyə bilər və gərginlik yaradar. Əlbəttə ki, xalqımız hazırlıqlı olmalı, özünü müdafiə etməlidir. Xalqımız çox böyükdür, özünü necə müdafiə etmək lazım olduğunu gözəl bilir. Amma hər şeyə rəğmən, Qərbi Azərbaycandakı həssas durumu unutmamalı və gündəmdə saxlamalıyıq. Bu səbəbdən, azərbaycanlılar qarşıdakı seçkilərdə aktiv iştirak etməli, eyni səhvi bir daha təkrarlamamaq üçün tədbirli olmalıdır”.

Qeyd edək ki, İranda fevralın 21-i parlament seçkiləri keçiriləcək.

Tarix
2020.02.19 / 21:41
Müəllif
Aytac Araz
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla