Yuxarı

“Əmrləri Azərbaycandan almışam”: gizli dinləmələr - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əmrləri Azərbaycandan almışam”: gizli dinləmələr - Video

2013-12-18 12:30:24

"Rüşvət və qanunsuzluq" əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət vermə ilə bərabər, İrandan 87 milyard avroluq qanunsuz transfer etdiyi də açıqlandı.

Maliyyə Nazirliyi Rüşvət Cinayətlərinin Araşdırma Komissiyası İstanbul Polis İdarəsinə Zərrabın şirkətlərinin heç bir fəaliyyətdə olmadığını, lakin milyonlarca avro transfer etdiyini və bunun xaricdə sənədləşdiyini göstərən bir hesabat təqdim olunub.

Məsələ ilə bağlı baş hərfi A.M. olan bir informator ortaya çıxıb. Maliyyə Nazirliyi müfəttişləri Türkiyədə qurulan üç xəyali şirkətin fəaliyyətini və hesabını araşdırıb, bunun sonunda da böyük pulların qanunsuz şəkildə transfer edildiyini ortaya çıxarıb.

İnformatorun verdiyi sənədlərə görə, 2009-2012–ci illər arasında "Bank Mellat" tərəfindən yuyulan çirkli pulların miqdarı 87 milyard avroya çatır.

Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin çirkli pulları yuma daxil olmaqla, sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib.

Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub.

***

2013-12-18 12:42:24

Türkiyədə həbs olunan nazirlərin qohumlarının və bəzi bürokratların telefonları bir il öncə dinləməyə alınıb.

"Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb.

Mətbuat 2008-ci ildə "Kapalıçarşı"da keçirilən əməliyyatların birində təxminən 260 şəxsin 1 milyardlıq mal varlığına həbs qoyulduğunu bildirib. Məhz bundan sonra keçən il Rza Zərrabında telefonunun nəzarətə götürüldüyü bildirilib. Bununla yanaşı bir sıra nazir və digər dövlət iş adamlarının telefonlarının dinlənildiyi qeyd edilib.

Tarix
2013.12.18 / 12:42
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Əliyev Trampla 6 ayda bir neçə dəfə görüşməsini ilk nümunə adlandırdı

Prezident Betsi Berns Kornu qəbul etdi - Foto

Prezident ABŞ nümayəndə heyətini qəbul etdi

Vensin Bakı səfəri Kremlə xəbərdarlıqdır

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla