Yuxarı

Vətəndaşlarımızın bu ölkədən qayıtması üçün tədbir görülür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVİD-19) infeksiyasının dünyada yayılması ilə əlaqədar Azərbaycan və Rusiya arasında sərhədlər müvəqqəti olaraq bağlandığından, soydaşlarımızın Vətənə qayıtması məsələsində müvəqqəti çətinliklər yaranıb və problemlərin aradan qaldırılması üçün Yekaterinburq şəhərindəki baş konsulluğumuz gücləndirilmiş iş rejiminə keçib, 24 saat ərzində vətəndaşlarımıza xidmət göstərən “qaynar xətt” açıb və hazırkı vəziyyəti nəzərə alaraq əməkdaşlar arasında növbətçilik təşkil edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərov məlumat verib. Diplomat qeyd edib ki, yaranmış vəziyyətlə bağlı Rusiyanın Ural Hava Yolları və Azərbaycanın AZAL aviaşirkətinin Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu ilə birgə həyata keçirilən aviareys müvəqqəti olaraq dayandırılıb. Vətəndaşlarımızın Azərbaycana çatdırılması ilə bağlı Yekaterinburq şəhərindən sonuncu reys martın 22-də həyata keçirilib. Təyyarə Lənkəran hava limanına 55 vətəndaşımızı çatdırıb və ölkəmizdə olan Rusiya vətəndaşlarını Yekaterinburqa gətirib.

“Hazırda vətəndaşlarımız Rusiyanın paytaxtı Moskva şəhərinin “Vnukovo” hava limanından AZAL aviaşirkəti tərəfindən həyata keçirilən çarter reysləri ilə Vətənə qayıdırlar. Vətəndaşlarımızın Azərbaycana qaytarılması ilə bağlı bəzi çətinliklər Rusiyanın müvafiq dövlət orqanlarında da yaranıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ural, Sibir və Uzaq Şərq bölgələrindəki idarələrinin miqrasiya məsələləri üzrə departamentlərindən baş konsulluğa daxil olan müraciətlərdə Rusiya Federasiyası ərazisində arzuolunmaz şəxs hesab edilən vətəndaşlarımızın Azərbaycana qaytarılmasında bəzi çətinliklərin yaşandığı bildirilir. Baş konsulluq həmin vətəndaşların ölkəmizə qayıtması üçün qeyd olunan orqanlarla danışıqlar aparır və lazımi tədbirlər görür. Son üç həftə ərzində 15 nəfərə yaxın vətəndaşımız təşkil olunmuş çarter reysləri ilə Azərbaycana qaytarılıb. Bu gün - aprelin 2-də Omsk vilayətində olan 2 vətəndaşımız Moskvadan Bakıya yola salınıb. Qeyd edim ki, hazırda Rusiyanın bir neçə bölgəsində Əcnəbilərin Müvəqqəti Saxlanma mərkəzlərində vətəndaşlarımız saxlanılır. Buna səbəb Rusiya Federasiyası ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılması nəticəsində dövlət sərhədlərinin bağlanması və vətəndaşlarımızın bu ölkədən Azərbaycana göndərilməsi məsələsinin yerli dövlət orqanlarında yubanmasıdır”, - deyə İlqar İsgəndərov bildirib.

Son bir neçə həftə ərzində qohumları Rusiya Federasiyasında vəfat etmiş Azərbaycan vətəndaşlarından da baş konsulluğa müraciətlər olub. Baş konsul onların cənazələrinin Rusiya-Azərbaycan sərhədinin Dağıstan Respublikasının ərazisindən keçən hissəsindən ölkəyə aparıldığını qeyd edib. “Bu məsələlər baş konsulluğun nəzarətindədir və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları və cənazəni müşayiət edən vətəndaşlar ilə əlaqə saxlayırıq”, - deyə İ.İsgəndərov vurğulayıb.

Baş konsul qeyd edib ki, hazırda Krasnoyarsk, Primorsk, Xabarovsk diyarları, Sverdlovsk, Tümen və Novosibirsk vilayətlərindən məhkəmələrin qərarları ilə Rusiya ərazisindən 47 vətəndaşımızın Azərbaycana qaytarılması üçün sənədləşdirmə işləri aparılır.

Tarix
2020.04.03 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla