Yuxarı

Qarabağ veteranı və əsgər atası Prezidentə yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları bu gün də Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam ediblər.

Axar.az Prezidentin saytına istinadla onlardan bir neçəsini təqdim edir.

Tovuz rayonundan Əfqanıstan və Qarabağ müharibələri veteranı İbrahim Həsənov:

“Hörmətli cənab Prezident, mənim oğlum Həsənov Niyaməddin hazırda Şirvan şəhərində hərbi xidmətdədir. Yeri düşəndə ona baş çəkirəm. Bakı şəhərində keçirilən hərbi andiçmə mərasimində də iştirak etmişəm. Qeyd etməyi özümə borc bilirəm ki, hərbi hissələrdə gördüklərimdən çox məmnun qalmışam. Əsgərlər üçün yaradılan yüksək şərait, onların təlim-tərbiyəsinə, sağlamlığına və qidalanmasına böyük diqqət göstərilməsi bir Qarabağ müharibəsi veteranı kimi mənə çox xoş təsir bağışlayır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yaratdığı möhkəm nizam-intizam Sizin sayənizdə bu gün də mövcuddur. Cənab Prezident, ona görə də bu gün biz əsgər atalarının Sizə və dövlətimizə olan məhəbbəti yüksəkdir. Əminəm ki, yaxşı şəraitdə və güclü nizam-intizam altında xidmət edən əsgərlərimiz həm Vətənimizi etibarlı qorumağa, həm də gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olmağa qadirdirlər. Mən bununla fəxr edirəm. Allah hər zaman Sizə sevinc dolu günlər qismət eləsin!”

Böyük Britaniyanın Edinburq şəhərindən Fərid İbrahimov:

“Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyasının yaratdığı vəziyyətin hər kəsə təsirsiz ötüşmədiyi məlumdur. Mən Böyük Britaniyada təhsil alan tələbələrdən biriyəm. Tədrisin müddəti yenicə bitmişdir. Bu müddət ərzində təqaüd verilməsi dayandırıldığından maddi cəhətdən sıxıntı çəkirdim. Maliyyə vəziyyətimin ağırlaşması ilə bağlı müraciət etmişdim. Səfirlik pandemiyanın yaratdığı işsizlik mühitini və yaşadığımız gərginliyi nəzərə alaraq dərhal dəstək göstərdi və məni çətinlikdən xilas etdi. Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır. Bu, Sizin liderliyinizin sayəsindədir, cənab Prezident. Buna görə bir gənc vətəndaş olaraq Sizə təşəkkür edirəm”.

Lənkəran rayonunun Cil kəndindən Faiq Şıxəlizadə:

“Hörmətli cənab Prezident, dünyanı ağuşuna almış bu pandemiya dönəmində Sizin göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanılması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq. Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”.

Bakının Zığ qəsəbəsindən Əliyulla Quliyev:

“Hörmətli cənab Prezident, mən bir vətəndaş olaraq bu gün Azərbaycanın gündən-günə çiçəklənməsinin şahidiyəm. Sizin xalqımızı düşünərək atdığınız qətiyyətli addımları xalq görür və yüksək dəyərləndirir. Təəssüflər olsun ki, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu bəladan xilas olmaq üçün vaxtında və düşünülmüş qərarlar qəbul edilmişdir və bu qərarlara hamımız ciddi yanaşmalıyıq. “Biz birlikdə güclüyük!” devizi altında COVID-19 pandemiyasına qarşı mübarizə aparsaq, inanıram ki, yenidən sağlam həyatımıza qayıdacağıq. Onu da qeyd etmək istəyirəm ki, bu çətin zamanda Siz həmişəki kimi xalqı düşündünüz və qayğı göstərdiniz. Bu diqqətə görə bütün xalqımızın adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Siyəzən şəhərindən Mazan Əzimov:

“Möhtərəm cənab Prezident, bu təşəkkür məktubunu Sizə Siyəzən şəhəri M.Ə.Sabir küçəsinin sakinləri adından yazıram. Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərini alqışlayırıq. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da lazımi tədbirlər həyata keçirilir. Pandemiya dövründə aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan şəxslərə, işə getmək imkanı olmayanlara dövlət tərəfindən maddi və mənəvi dəstək göstərilməsi, ərzaq yardımları verilməsi təqdirəlayiqdir. Həmçinin çox yaxşı haldır ki, belə bir dövrdə sosial və infrastruktur layihələrinin icrası davam etdirilir. Bunun üçün öz adımdan, ailəmin və rayon sakinlərinin adından Sizə minnətdarlığımı bildirirəm. Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti!”

Tarix
2020.07.01 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla