Yuxarı

130-dan çox ölkə dəstək verdi... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilirsiniz, mən hesab edirəm ki, hər bir ölkə, - hər halda biz Azərbaycanın mövqeyini bunda görürük, - hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir. Yəni, bu fəaliyyət, xüsusilə sədrlik fəaliyyəti formal xarakter daşımamalıdır, halbuki daşıya da bilər. Çünki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik növbəlilik prinsip əsasındadır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

"Qoşulmama Hərəkatında sədrlik isə seçkilər yolu ilədir. Biz hər iki təşkilata sədrliyi təxminən eyni vaxtda - keçən ilin oktyabrında öz üzərimizə götürmüşük. Bakıda iki Zirvə görüşü keçirilmişdir. O vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miqyasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Ona görə bu ağır bir dövrdə, əlbəttə, hesab etdim ki, Zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var. Bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni formatda - onlayn formatda ilk Zirvə görüşü idi. Ondan sonra digər təşkilatlar da buna oxşar addımlar atdılar. Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşləri çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır.

Bundan başqa, mən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak etmişəm və Azərbaycanın mövqeyini ifadə etmişəm. Eyni zamanda, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü keçirildi və bu görüş də çox önəmli idi. Biz konkret nəticələrə gəldik. Bu Zirvə görüşü daha çox logistika, nəqliyyat sektoruna aid idi. Ancaq mənim təşəbbüsümlə biz onun formatını bir qədər genişləndirdik. Yenə də təşəbbüs göstərərək hökumətlərarası işçi qruplarının yaradılmasına nail olduq. İndi məsləhətləşmələr gedir. İnvestisiyalar, ticarət, nəqliyyat-logistika, energetika, telekommunikasiya. Burada çox önəmli üçtərəfli format artıq formalaşıb. Deyə bilərəm ki, üçtərəfli əməkdaşlıq formatına biz həmişə çox böyük maraqla yanaşmışıq, üstünlük vermişik. Bir neçə ölkə ilə belə formatlar var. Bu isə üçtərəfli və çox böyük iqtisadi səmərə gətirə biləcək yeni bir formatdır. Əlbəttə ki, bizim növbəti təşəbbüsümüz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar idi. Bu təşəbbüs də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə bizim təşəbbüsümüzə dəstək verdi. Beləliklə, yaxın gələcəkdə sessiya keçiriləcəkdir", - İ.Əliyev deyib.

Tarix
2020.07.07 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla