Yuxarı

İsrail eksperti: Ermənistan ona güvənib, hücum edir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:42

Ermənistan Azərbaycanla konfliktin onun üçün fəlakətli olmaması üçün Rusiya ordusuna güvənir, amma Rusiya belə Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail eksperti Solomon Man deyib.

“Rusiyanın mövqeyi Azərbaycanın qarşısını alıb, güclü strateji maraqlarının olduğu Ermənistanı müdafiə etməkdir. Ermənistan olmadan Rusiya bütün Qafqazı itirərdi. Ona görə də Ermənistan Kremlin geosiyasi planlarında çox vacibdir. Ermənilər də başa düşürlər ki, onların həyatı Rusiyanın yox, Rusiya bazasının əlindədir. Qorbaçov və ermənilərin sayəsində ərazisinin beşdə birindən məhrum olan Azərbaycanın hətta hazırkı iqtisadi daralmada belə Ermənistan iqtisadiyatını üstələyir. Azərbaycan Ordusu erməni ordusundan güc baxımından üstündür. Ermənilərin nifrət etdiyi Rusiyanın məcburi qılığına girən Ermənistan hakimiyyətinin vəziyyəti qısqanılası deyil”, – deyə o bildirib.

Ekspert Qarabağda vəziyyətin necə olmasından asılı olmayaraq, dünyanın Azərbaycanın sərhədlərini və ermənilərin qonşularının ərazisini işğal etməsini tanıdığını deyib:

“Avropa ölkələrinin əksəriyyəti hesab edir ki, Qarabağı yalnız mehribanlıqla geri qaytarmaq lazımdır, çünki problemin hərbi həlli mövcud deyil. Vəziyyəti ağırlaşdıran azərbaycanlıların işğal olunmuş ərazilərdən ya qovulması, ya da öldürülməsidir. Konflikt artıq 30 ildən çoxdur davam edir və qaçqınların ikinci nəsli hələ də valideynlərinin harada yaşadığını bilmir. Belə şəraitdə ərazilərin Avropa normalarına uyğun qayıtmasını tələb etmək doğru deyil. Bu problemi necə həll etmək lazım olduğunu heç kim bilmir, Azərbaycan isə səbrini itirir”.

Tarix
2020.07.16 / 15:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla