Yuxarı

Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Video

09:00

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda təklifi yerində və düzgün qərardır. Bu gün münasibətlərin hərbi ittifaq səviyyəsinə qaldırılması regionun siyasi proseslərinə də ciddi təsir edəcək. Ermənistan havadarlarına arxalansa belə, heç bir halda Türkiyəni qarşısına almağa cürət etməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda sözlərini şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:

"Son Tovuz hadisələri bir daha onu göstərdi ki, işğalçı heç bir kompramisə getmək niyyətində deyil. Məhz Tovuz hadisələri fonunda Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın bu təklifi irəli sürdü. Əslində, bu, yeni xəbər deyil. Çünki Türkiyə uzun illərdir bu yöndə təkliflər irəli sürür. Lakin bununla belə, “bu gün belə bir müqaviləyə ehtiyacımız varmı” sualını özümüzə verməliyik.

Düşünürəm, bəli, bu gün Türkiyə ilə münasibətləri rəsmi qaydada hərbi ittifaq səviyyəsinə qaldırmalı, əməkdaşlığımızı inkişaf etdirməliyik”.

Politoloqun sözlərinə görə, Türkiyə ilə bu cür əməkdaşlığın bir sıra üstünlükləri olacaq:

“Birincisi, bu yolla Türkiyəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edə, hətta həmsədr missiyası aparmasını da təklif edə bilərik.

İkincisi, Ermənistanın vaxtaşırı Rusiyaya arxalanıb atəşkəsi pozması, hətta münaqişəni son Tovuz hadisələri zamanı olduğu kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinə çəkmək cəhdlərinin qarşısını ala bilərik.

Üçünücüsü, Azərbaycan Türkiyə kimi güvənilir, sözünü deyən və həyata keçirən müttəfiqlə daha rahat xarici siyasət apara, region üçün faydalı ola bilər”.

Politoloq deyib ki, Türkiyənin Azərbaycan ərazisində hərbi bazalar yaratmaq mövzusu yenidən gündəmə gətirilə bilər:

“Bu gün Ermənistanda Rusiyanın hərbi bazaları var. Bu hərbi bazalar yeri gəldikdə Ermənistanın ərazi bütövlüyünü də qorumağa xidmət edir. Düşünürəm ki, bənzər bir müqavilə də biz bağlamalıyıq. Ən azından Naxçıvan ərazisində Türkiyə hərbi bazasının yaradılması təklifini yenidən gündəmə gətirmək lazımdır. Bu gün belə bir ideyanın hüquqi bazası da var”.

Tarix
2020.07.21 / 10:20
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla