Yuxarı

Mustafayev Yankauskasla görüşdü: Aİ ilə yeni saziş...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və sair sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi sahəsində Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə mübadiləsinin aparılması təklif olunub.

Görüşdə, həmçinin Aİ-Azərbaycan əməkdaşlığının gündəliyində duran bir sıra məsələlər, o cümlədən yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və əlaqələrin perspektivləri müzakirə olunub.

Tarix
2020.08.14 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla