Yuxarı

Ombudsman AŞ-ın tədbirinə qatıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsman AŞ-ın tədbirinə qatıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası tərəfindən keçirilən onlayn tədbirdə iştirak edib.

Ombudsman Aparatından Axar.az-a bildirilib ki, Avropa Şurasının rəsmiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin keçirilməsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsinin, ictimai nəzarətin səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasının vacibliyini vurğulayıb.

Ombudsman təsisatının əhali ilə dövlət qurumları arasında körpü rolunu oynadığını qeyd edən Ombudsman bu funksiyanın səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, dünya təcrübəsində vətəndaş cəmiyyəti institutlarının Milli İnsan Hüquqları İnstitutlarının yaxın tərəfdaşı hesab olunduğunu və bu tərəfdaşlığın beynəlxalq və regional qurumlar tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırıb.

Müvəkkil Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini, Ombudsmanın bərabərlik hüququnun təmini, o cümlədən, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsman təsisatı ölkəmizdə fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin müqavilə qurumları ilə, o cümlədən BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi ilə əməkdaşlıq edir. Bu il Müvəkkilin BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasının ölkəmizdə icrası ilə bağlı növbəti əlavə hesabatı sözügedən Komitəyə təqdim olunub.

Cəmiyyətdə hüquq bərabərliyinin və bərabər imkanların təmin olunması məqsədi ilə ayrı-seçkiliklə mübarizədə dövlət qurumları, müstəqil insan hüquqları institutları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva ölkə Ombudsmanı olaraq hər zaman bu istiqamətdəki fəaliyyətləri dəstəkləməyə hazır olduğunu bildirib.

Daha sonra Ombudsman tədbirdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb.

Tarix
2020.09.18 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla