Yuxarı

“Öhdəliklərimizi yerinə yetirəcəyik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Öhdəliklərimizi yerinə yetirəcəyik”

Bu gün "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin "Hədəflər və missiyamız" mövzusunda mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə ölkənin aparıcı qeyri-hökumət təşkilatları və media orqanları "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin Koalisiyasında birləşdiyini bəyan edib. Ölkənin aparıcı media orqanlarından biri olaraq "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı da çıxış edərək koalisiyanın təşkilini müsbət dəyərləndirib:

"Biz media orqanı kimi I Avropa Oyunlarının işıqlandırılması üçün bütün gücümüzü səfərbər etmişik. Bundan sonra da əlimizdən gələni edəcəyik. Təəssüflər olsun ki, bəzi insanlarımız yalnız bu günlə yaşıyır, Avropa Oyunlarının gələcəkdə Azərbaycana verəcəyi xeyiri indidən görə bilmir. Avropa Oyunları ölkəmizin inkişafına xüsusi töhfə verəcək. Biz də öz növbəmizdə əlimizdən gələni etməli, mədəniyyətimizi, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirməliyik.

Bir daha qeyd edim ki, media olaraq öz öhdəliklərimizi layiqincə yerinə yetirəcəyik. Çünki bu beynəlxaq tədbirdə əldə edəcəyimiz hər bir uğur şəxs olaraq bizim yox, bütünlükdə Azərbaycanın adına yazılacaq. Bu da düşmənə - Ermənistana və dünyadakı erməni lobbisinə qarşı informasiya müstəvisində apara biləcəyimiz layiqli mübarizədir. Yekun olaraq yaradılan koalisiayaya qoşulduğumuzu və öz öhdəliyimizi yerinə yetirəcəyimizi bildirmək istəyirəm".

Tarix
2015.04.22 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

Putinin fərmanı: Mehdiyevləri “təxliyə” edə bilər?

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla