Yuxarı

TÜRKPA: Qarabağa görə narahatıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin kəskinləşməsindən narahatlığını ifadə edib və mülki əhali arasında itkilərin olmasına səbəb olan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan yaşayış məntəqələrini atəşə tutulmasını pisləyib.

Axar.az xəbər verir ki, Baş katib Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə həll olunmasını qətiyyətlə dəstəklədiyini və bu prinsiplərin TÜRKPA-nın bəyannamələrində də yer aldığını qeyd edib (Astana bəyannamələri - 2015-ci il, Ala-Arça bəyannaməsi - 2017-ci il, İzmir bəyannaməsi 2018-ci il və Bakı bəyannaməsi - 2019-cu il).

Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun dəstəyi ilə danışıqlar prosesinə xələl gətirə biləcək hər hansı bir təxribat xarakterli bəyanat və hərəkətin qəbuledilməzliyini vurğulayıb.

Baş katib mülki şəxslərin ölümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və yaralılara tezliklə sağalmağı diləyib.

Tarix
2020.09.29 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla