Yuxarı

Əks təqdirdə heç bir atəşkəs olmayacaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Nikol Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq Ermənistan baş naziri kompromislərdən danışır.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı humanitar atəşkəsə riayət etməyə çağırmalıdır:

“Təəssüf ki, Azərbaycanın beynəlxalq hüquqa riayət edərək işğal edilmiş torpaqlarını geri alarkən xaricdən çoxsaylı təzyiqlər davam edir. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etmədilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ-ın bu cür qərəzli mövqe sərgiləməsi qəbuledilən deyil. Faktiki olaraq bu ölkələr bu gün Dağlıq Qarabağ və ətrafını Azərbaycanın ayrılmaz ərazisi olaraq tanıyır. Belə olduğu təqdirdə bu cür bir təklifin hazırlanması doğru deyil. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. 822, 853, 874 və 884 saylı qətnamələr heç bir halda kənarda qala bilməz. Bu qətnamələr Ermənistanın işğalçı ölkə olduğunun bariz sübutudur. Bu reallığı unuda bilmərik.

Bəyanatın ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının qarşısını almağa nail oldu. Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Hansı ki, bundan öncə iki dəfə qəbul edilən və hər dəfəsində Ermənistan tərəfindən pozulan humanitar atəşkəs. Əgər bu gün bu təklifi edən ölkələr düşünür ki, Ermənistan humanitar atəşkəs adı altında işğala davam edəcək, Azərbaycan isə bununla barışacaq, yanılırlar. Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir və edir. Humanitar atəşkəsə razı olmağımız bizim humanizm prinsiplərinə olan hörmətimizdən irəli gəlir. Əks təqdirdə heç bir atəşkəsdən söhbət belə gedə bilməz”.

Tarix
2020.10.26 / 14:59
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla