Yuxarı

Dəhşətli qətllə bağlı ürəkparçalayan açıqlama – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda onu sevən oğlan tərəfindən öldürülən Aytac Babayevanın valideyni açıqlama verib.

Atası Nazim Babayev azvision.az-a danışaraq övladını qətlə yetirən İzzət Hüseynovla qızının sevgili olmadıqlarını bəyan edib.

N.Babayev qeyd edib ki, mətbuatda qızı haqda yalan məlumatlar yazılır: "Qızımı qətlə yetirənə ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. İnternetdə bilmədikləri şeyləri yazırlar.

Yalan məlumatları verməyi yığışdırsınlar. Çox əzab çəkirik. Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın".

Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib: "Mən Aytacımın meyitini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac?

Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf, Aytacın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu".

Tarix
2015.05.03 / 15:03
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla