Son yüz ilin ən böyük
etirafları
İnsanların əksəriyyəti dünya dövlətlərini həqiqətdə azad, yeddi
milyard insanın isə böyük hissəsinin şəxsi rəylərinə görə ağıl və
iradəsi ilə yaşadığını zənn edir.
Əslində isə bu elə düşünən insanların eyforiyada yaşaması
deməkdir. Aşağıda sizə ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid
Rokfellerin son yüz ilin ən böyük etiraflarını təqdim edirik.
Adnan Menderes dönəmində "Marşal" planını işə
saldıq
Türklər də illər boyu kommunizmə qarşı olub. 1950–ci illərdə
bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində
Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən
seçkilərdə aldığı dəstək qarşılığında "Marşal" planı adı altında
davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Fəqət
hakimiyyət bu pulları o qədər plansız və proqramsız xərcləyirdi ki,
pulları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən
bizdən pul borc götürürdülər. O zaman biz qarşılığında ondan
ölkənin qapılarını xarici sərmayə üçün açmağı və bizim
şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes bizə
bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa
başladı. Türkiyə ilk dəfə idi ki, asfalt yollar görür, fabriklər,
zavodlər tikilirdi. Ölkədə müsəlmanlar çoxluq təşkil etdiyi üçün
hər yerdə məscidlər tikilirdi.
Bizdən ayrıldı və edam edildi
Bir manevrlə bu işə son qoyuldu və sonunun belə olmasını
istəmədiyimiz halda bütün komandasıyla bərabər edama
getdi.
Sadəcə, Cəlal Bayar canını qurtara bildi, çünki mason idi. Papa
Ronkalli və ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu
edam olunmaqdan xilas edə bildi.
1980 hərbi çevrilişi bizim istəyimizlə baş
verdi
Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim
istəklərimiz isitqamətində ölkə iqtisadiyyatını idarə edirdilər.
Fəqət Amerika və Avropada inkişaf etmiş ölkələrin bazarlarında
tələb azalmış və biz məhsullarımızı sata bilmirdik. Buna görə də
digər inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı onlarada
tətbiq etmək istədik və azad bazar iqtisadiyyatına keçmələrini və
idxalın sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul
etmiş görünürsələr də, işin icrasını yubadırdılar.
Minlərlə Türk gənci uydurma ideologiyalar ugruna can
verdi
Sonda bu dilemma bildiyimiz "Ordo Ab Chaos" yoluyla öz həllini
tapdı - yəni "Əvvəlcə xaos, sonra stabillik". Təxribatlarımız
vasitəsiylə sağ və sol ideologiyalar arasında savaşlar başladı.
Əslində, qabaqcadan təsdiqlədiyimiz Kipr müharibəsindən sonra
ölkəyə tətbiq edilən sanksiyalar sayəsində xalq həyatdan bezgin
vəziyyətdə idi. Cinayətkarlar varlanır, xalq isə səfalət durumuna
düşürdü. Ölkəyə göndərilən provakatorlarımız üçün bu xalqı
qıcıqlandırmaq heç də çətin olmadı.
Türkiyəni sağçı və solçu olaraq ikiyə
böldük
Hadisələr elə bir vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində
hər gün əlli-altmış adam ölürdü. Bütün ölkə terror qorxusu altında
əzilirdi.
Keçid dövrü və tənzimləmə
İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə
hədəf olmaq qorxusu var idi. Minlərələ türk gənci uydurma
idealogiyalar uğrunda can verdilər. İqtidara gələnlər bir-birini
əvəzləyirdi, lakin vəziyyəti kontrol edə bilmirdilər. Sonra Hərbi
Çevriliş oldu və hər şeyə son qoyuldu. Zavallı xalq sözdə bu
dəyişikliyi hərbi çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə
nəhayətsiz terrorizimə son qoyulmuş və ölkədə stabil vəziyyət
yaranmışdı.
Əslində provakatorların edəcəyi bir iş qalmamışdı, ona görə də
səhnədən çıxmışdılar. Burada oynanan oyun ondan ibarət idi ki, xalq
ümidsiz və çarəsiz vəziyyətə salınmalı və onlara "xilaskar lider"
təqdim edilməli idi. Ondan sonra bu lider nə edir-etsin, xalq onu
qəbul edəcəkdi.
Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər
açdı
Hərbi hökumət bir müddət dövləti idarəçiliyini əlində saxladı,
sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu,
Turgut Özal idi. Turqut Özal istəklərimiz istiqamətində qapıları
sonuna qədər açdı. Bizim Şirkətlərimiz bu bakirə bazara canavar
kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət
gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı
mallarla dolmuşdu. Sənaye şirkətlərimiz anbarlarını boşaldarkən
maliyyə şirkətlərimiz isə artan idxalatı həzm edə bilmələri üçün
ölkəyə yüksək faizlərlə kredit verirdi.
Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında tətbiq edilən
bu planla həm bizlərdən aldıqları məhsulla şirkətlərimiz
varlanırdı, həm də bu malların qarşılığı olan ödəmləri
gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz və
banklarımızdan aldıqalrı kreditlə borc bataqlığına
yuvarlanırdılar.
Dost, ailə, vicdan kimi anlayışlar unuduldu
Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də
düşünə bilməyəcəyimiz xəyali ixracat kimi metodlar kəşf
etdilər.
İnsanlar artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca
düşürdülər. Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf
dəyişmək bunlara misal ola bilər.
Türkiyə də pulun qiyməti getdikcə artdı – dost, ailə, dürüstlük
kimi anlayışlar unuduldu və sadəcə, pulu olanlara hörmət edilməyə
başlandı. Elə bu vaxtlarda yerli sənaye transmilli şirkətlərin
içində əriyir və ya ucuz qiymtə satın alınırdı.
"Kürd Dövləti Layihəsini" gerçəkləşdirmək üçün təşkilat
yaratdıq
Saf ideallarla işə başlayan Özal sonda bu sistemin gerçəklərini
görərək özünü kapitalizmin çarxlarının arasına atdı. Ailəsini və
ətrafını zənginləşdirməyə başladı. Ölkə elə bir vəziyyətə gəlib
çıxdı ki, artıq Özalın ətrafından şahzadələr peyda olmağa başladı.
Onda biz, "ölkə monarxiya dövrünə geri qayıdır",- deyə düşünməyə
başaldıq. Hər nə isə, ölkə insanının münasibətini öyrənmək üçün
Özalın Kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti
layihəsini həyata keçirmək üçün "….." (Rokfeller həmin təşkilatın
adını çəkmir. – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla
mübarizə aparmaq ölkə iqtisadiyyatına çox böyük zərər verdi və
artıq Türkiyə bizim istəklərimizə yox deyə bilməyəcək qədər gücsüz
olmuşdu.
Yazı "Yozgatyenigun"ün materialı əsasında hazırlanıb.