Yuxarı

"TuranBank"ın mənfəəti 2 dəfə artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"TuranBank"ın mənfəəti 2 dəfə artıb

Bu ilin birinci rübündə "TuranBank"ın kapitalı artaraq ilin əvvəlindəki 104 milyon 806 min manatdan 107 milyon 380 min manata çatıb.

Axar.az xəbər verir ki, hesabat dövründə "Turanbank" 116 milyon 438 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 115 milyon 717 min manat məcmu kapitala malik idi.

İlin 3 ayinda bankın faiz gəlirləri illik əsasda 20% artaraq 28 milyon 52 min manata, xalis faiz gəlirləri 4.86% artaraq 12 milyon 113 min manata, qeyri-faiz gəlirləri 6 milyon 441 min manata yüksəlib. Xarici valyutadan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 45.7% artaraq 4 milyon 66 min manat, alınan haqq və kommisiya gəlirləri 7.16% artaraq 2 milyon 366 min manat olub.

Beləliklə, 2026-cı ilin ilk rübündə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 472 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 502 min manat, əməliyyat mənfəəti 6 milyon 970 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 90 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.

Dövr üzrə xalis mənfəəti 2 milyon 879 min manat təşkil edib. Ötən ili eyni dövründə bankın xalis mənfəəti 1 milyon 663 min manat və ya 137% (2,4 dəfə) artıb.

Hesabat dövründə bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 3 milyon 781 min manat və ya 0.54% artaraq 709 milyon 834 min manat olub. Müştərilərə verilən kreditlərdən 26 milyon 352 min manat faiz gəliri (23.2% artım) əldə edilib.

Kredit portfelinin 31,15%-ni istehlak kreditləri, 49,7%-i biznes kreditləri, 19,15%-i isə daşınmaz əmlak kreditləridir.

3 ayda bank tikinti sektoruna 25 milyon 840 min manat (ümumi portfeldə faiz nisbəti 4%), ticarət və xidmət sektoruna 215 milyon 920 min manat (ümumi portfeldə faiz nisbəti 30%), istehsal sektoruna 34 milyon 610 min manat ( ümumi portfeldə faiz nisbəti 5% ), kənd təsərrüfatına 75 milyon 539 min manat ( ümumi portfeldə faiz nisbəti 11%) kredit ayırıb.

Verilən kreditlərin 446 milyon 570 min manatı (62,9%) Abşeronun payına düşüb.

Bankın depozit portfelinə gəlincə, əmanətlərin ümumi həcmi 446 milyon 791 min manat təşkil edib. Bunun 383 milyon 342 min manatı fiziki şəxslərin, 63 milyon 449 min manatı hüquqi şəxslərin depozitləridir.

Tarix
2026.04.30 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla