Yuxarı

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğunu ortaya qoyub.

Axar.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Gənclər şəhərciyi yaxınlığında baş verib. Kadrlarda toy karvanında iştirak edən avtomobillərdən birinin, “Şevrolet” markalı maşının sürücüsünün qeyri-adi və təhlükəli manevr etdiyi görünür. Sürücü eyni davranışı Binəqədi rayonu ərazisində də təkrarlayıb.

Belə ki, sürücü hərəkətdə olan yolda avtomobili tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb. Bu davranış yol hərəkəti qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Paylaşılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən kəskin tənqid olunub. Bir çoxu bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, bu tip “şou xarakterli” hərəkətlərə xüsusilə toy karvanlarında tez-tez rast gəlinir və əksər hallarda qəza riskini artırır. Onlar sürücüləri emosiyalara qapılmadan, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırlar.

Qeyd edək ki, bu cür qayda pozuntuları inzibati məsuliyyət yaradır və sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər.

Tarix
2026.04.30 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla