Yuxarı

Tiktoker ev dustaqlığına buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktoker ev dustaqlığına buraxıldı

Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə "Unikal"a onun vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində müvəkkilinin həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsatət verib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib.

Qərara əsasən, vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb. Lakin onun barəsində ibtidai istintaq davam edir.

Xatırladaq ki, tiktokerin həbs müddəti mayın 12-dək uzadılıb.

Qeyd edək ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri lə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Tarix
2026.04.30 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla