Yuxarı

Kürdlərin qələbəsi Bakı üçün nə deməkdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdlərin qələbəsi Bakı üçün nə deməkdir?

"Türkiyə parlamentində 80 nəfərlik millət vəkili yeri qazanan HDP rəsmi Ankaradan Ermənistanla diplomatik münasibətləri qurmağı tələb edəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Türkiyədə ötən gün keçirilən seçkidə kürdlərin parlamentdə 80 yer qazanmasına münasibət bildirib:

"Türkiyə parlamentində kürdlərin təmsil olunduğu Xalqların Demokratiya Partiyasının 80 millət vəkili Azərbaycan üçün nə deməkdir? Bu partiya istər mümkün koalisiya hökumətində yer alsın, istərsə də müxalifət sıralarında qərar tutsun, Ankaradan Türkiyənin Ermənistanla sərhədi açmağı və diplomatik münasibətləri qurmağı tələb edəcək".

Qeyd edək ki, Türkiyədə keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırki nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.

Tarix
2015.06.09 / 09:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla