Yuxarı

“ANS redaktora da cəza verməlidir” – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ANS redaktora da cəza verməlidir” – Video

"Mən günahı təkcə aparıcıda görmürəm".

Bu sözləri tanınmış media eksperti Zeynal Məmmədli aparıcı Elnarə Təhməzovanın müəllifi olduğu "İncə Maraqlar" və "İncə+" verilişlərinin yayımının dayandırılması barədə ANS Şirkətinin qərarını Axar.az-a şərh edərkən deyib:

"Peşəkar jurnalistikanın tələbləri baxımından heç bir halda insanların şərəfini, inancını təhqir etmək, aşağılamaq olmaz. Nəyisə mübahisə etmək olar, amma ləyaqətə və bütövlükdə inama toxunmaq olmaz. Jurnalist yanlış davranıb – sadəcə, bir jurnalist kimi yox, normal mədəni insan kimi də. Bu tipli məsələlər təkcə aparıcının yox, aparıcıya o şansı verən menecerin, yayım rəhbərinin günahıdır. Sən bir aparıcını verilişə təhkim eləyəndə, çıxaranda bilməliydin ki, onun mədəni səviyyəsi, peşəkar hazırlığı, söz ehtiyatı necədir. Mən günahı təkcə aparıcıda görmürəm, ona bu şansı verən menecerdə də görürəm. Burada faktiki olaraq təkcə aparıcı günahkar deyil, o verilişin prodüseri, məsuliyyət daşıyan redaktoru da cəzalandırılmalıdır".

Qeyd edək ki, ANS şirkətinin Baş direktoru Mirşahin Ağayev də aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını öz açıqlamasında xüsusi vurğulayıb:

"Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik".

Xatırladaq ki, ANS-in efirində yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımları təhqir etmişdi. Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları bayquşa bənzətmişdi.

Tarix
2015.06.10 / 19:52
Müəllif
Nigar An
Digər xəbərlər

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla