Yuxarı

Ombudsman Türkiyədə: Arslanla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsman Türkiyədə: Arslanla görüşdü - Foto

Türkiyəyə səfəri çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanla görüş keçirib.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti barədə məlumat verib.

Fəaliyyət dövrü ərzində Ombudsman tərəfindən müxtəlif normativ aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğular göndərildiyi diqqətə çatdırılıb.

S.Əliyeva təsisata daxil olan müraciətlərin qəbulu və baxılması proseduru haqqında məlumat verib, ötən il Ombudsmana 27 500 müraciət edildiyini bildirib. Görüşdə S.Əliyeva təsisatın dörd regional mərkəzinin fəaliyyət göstərdiyi barədə də məlumat verib.

S.Əliyeva Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsinin hazırda ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı narahatlığı da diqqətə çatdırıb.

Z.Arslan çıxışında 44 günlük müharibədə qazanılmış Zəfərlə münasibətilə qardaş ölkəyə öz təbriklərini çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə edən əməkdaşlıqda insan hüquq və azadlıqlarının müdafiə edilməsinin xüsusi önəmə malik olduğunu qeyd edib.

Görüşdə iştirak edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycana son səfəri zamanı ölkə Prezidenti İlham Əliyevin onu qəbul etməsi, Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib. Ş.Malkoç həmin səfərin yekunları əsasında türk və ingilis dillərində hazırlanmış hesabatı Z.Arslana təqdim edib, hesabatın Türkiyədəki 114 səfirlik və diplomatik missiyaya, habelə ümumilikdə 167 ombudsman və milli insan hüquqları təsisatı, beynəlxalq insan hüquqları təşkilatı və digər qurumlara göndərildiyini qeyd edib.

Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsi aparılması haqqında müzakirə aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Tarix
2021.04.07 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla