Yuxarı

Ermənilərin "genosid" oyunu: Azərbaycan hədəfdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Denver Post" qəzetində Koul Vist və Simon Magakyan birgə köşə yazısı ilə çıxış edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu tandemin qələmindən çıxan məqalə “Opinion: Joe Biden must recognize Armenian genocides — the past and the present” ("Şəxsi fikir: Co Bayden erməni soyqırımını tanımalıdır - həm keçmiş, həm də yeni soyqırımı") adlanır.

“Keçmiş soyqırım” dedikdə onlar 1915-ci il olaylarını, “yeni soyqırım” dedikdə isə II Qarabağ müharibəsindəki məğlubiyyətlərini nəzərdə tuturlar. Beləliklə, ermənilərin “genosid” oyununda yeni dönəm başlayır. Yazarlar oxucunu inandırmağa çalışırlar ki, mədəni xristian xalqı olan zavallı ermənilər dünyada iki dəfə soyqırıma məruz qalmış yeganə xalqdır. Ona görə də Amerika prezidenti bu dəfə, yəni aprelin 24-də erməni soyqırımını mütləq tanımalıdır. İşdir, tanımasa, deməli, gələcəkdə üçüncü erməni soyqırımı da ola bilər.

“Denver Post” 1892-ci ildən çap olunur. Kolorado ştatında yerləşən Denver şəhərindən yayımlanır. Gündəlik qəzetdir. 135 min tirajla çıxır. Bazar günü isə tirajı 250 min nüsxədən çox olur. İnternet üzərindən isə bu qəzeti ayda 13 milyon nəfər izləyir.

Diqqət etdinizsə, sözügedən yazı şəxsi rəy kimi təqdim olunur. Çünki qəzetin rəhbərliyi yaxşı başa düşür ki, bu yazıda səsləndirilən fikirlər normal məntiqə sığmır. Və qarşı tərəf bu yazıda ortaya qoyulan iddiaları asanlıqla alt-üst edə bilər. Ona görə də bilərəkdən özlərini bu yazıdan kənar tuturlar.

ABŞ-da mətbuat azadlığı var. Yəqin ki, bu işə məsul olan şəxslər qatı erməni mövqeyinə söykənən bu yazıya layiqli cavab verəcəklər.

Yazının müəlliflərinə diqqət edək. 59 yaşlı Koul Vist yerli siyasətçidir. O, 2016-cı ildə Kolorado Nümayəndələr Palatasına seçilib. Respublikaçıdır. 2018-ci ildə keçirilmiş seçkidə demokrat namizədə uduzub. İxtisasca vəkildir. Ancaq ermənilər onu köşə yazarına çeviriblər. O, 2018-ci ildə Koloradoda küçələrin birinə erməni tarixi ilə bağlı ad verilməsində xüsusi canfəşanlıq edib. Elə o vaxt da onu yerli erməni icmasının rəhbərlərindən olan Simon Magakyan müşayiət edirdi. Amerika mediası yazır ki, Vistin həyat yoldaşı Suasan ermənidir. Simon Magakyan onun haqqında deyir ki, ermənilərin Amerikada siyasi paytaxtı yoxdur, onu Koul Vist əvəz edir. Yəni, bu qədər.

Görünür, Vist yenidən Kolorado Nümayəndələr Palatasında yer almaq üçün Simon Magakyanın yazdığı köşə yazısının da altına imzasını qoyur.

Ermənilər öz iddialarının daha sanballı görünməsi üçün bu üsuldan da istifadə edirlər.

Ən maraqlısı odur ki, Kolorado Nümayəndələr palatasında küçəyə erməni tarixi ilə bağlı ad verilməsinə həm yerli Nümayəndələr Palatası (65-0) , həm də yerli Senat (35-0) yekdilliklə səs verilib.

Heç təəccüblü deyil ki, Kolorado ştatı "Artsax"ı "müstəqil dövlət" kimi tanıyıb. Niyə belədir? Çünki nə Türkiyə, nə də Azərbaycan Kolorado ştatında əməldə bir iş görüb. Düzdür, Kolorado Amerikanın balaca ştatlarından biridir, cəmi 6 milyon əhalisi var. Ancaq harada baş verməyindən asılı olmayaraq, bu kimi iddialara vaxtında və tutarlı cavab vermək lazımdır.

Ermənilərdən fərqli olaraq, bizə haqlı görünmək üçün yalan uydurmaq lazım deyil. Qarşı tərəfi susdurmaq üçün ortada olan faktları sadalamaq yetər.

“FOX 11 Los Angeles” isə yazır ki, İsveçrə Erməni Cəmiyyətinin təşəbbüsü ilə Cenevrədə BMT-nin Avropadakı mənzil-qərargahı qarşısında səssiz etiraz aksiyası keçirilib. Nə tələb edirlər? Deyirlər ki, Azərbaycan üçtərəfli müqavilənin şərtlərin pozur və əsir götürdüyü 200 erməni əsgərini Ermənistana təhvil verməkdən imtina edir. Erməni soyqırımının 106-cı ildönümü ərəfəsində bu, yolverilməzdir. Azərbaycan dövləti erməni hərbi əsirlərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar etmir. Azərbaycan tərəfi dərhal əsir erməni əsgərləri azad etməlidir.

Bəllidir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib.

Bütün hərbi əsirlər 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıb. Ermənilərin “hərbi əsir” kimi dünyaya sırımaq istədiyi şəxslər isə Üçtərəfli Bəyanatın imzalanmasından az qala bir ay sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən şəxslərdir. Aydındır ki, onlar hərbi əsir hesab oluna bilməz. Azərbaycan vətəndaşlarına qarşı güc istifadə edən terrorçular müvafiq qaydada cəza almalıdır. Təbii ki, ermənilər məsələnin bu tərəfini açıb-ağartmırlar. Çünki bu arqument ortadakı mənzərəni kökündən dəyişir. Ancaq ermənilər hesab edirlər ki, qara-qışqırıq salmaqla bu problemi də həll etmək olar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, müharibədən sonra təslim olmaq əvəzinə, müqavimət göstərən ermənilər terrorçudur. Ona görə də onlar Ermənistana qaytarılmayacaq.

“FOX 11 Los Angeles” bildirir ki, eyni tələblə erməni icmaları Roma, Hyuston, Sakramento, Nyu York, Varşava və digər şəhərlərdə etiraz aksiyaları keçirəcəklər.

Tarix
2021.04.17 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla