Yuxarı

Taekvondoçu qız: “Azərbaycanlı qardaşlarım var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taekvondoçu qız: “Azərbaycanlı qardaşlarım var”

Birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə kişilər arasında 58, qadınlar arasında isə 49 kq çəki dərəcəsində yarışların mükafatçıları bəllidir.

Azərbaycan təmsilçisi Patimat Abakarova (-49 kq) bürünc medal qazanıb. Kişilər arasındakı yarışda 3-cü yeri tutan idmançı isə türk əsilli Almaniya təmsilçici Ləvənt Tuncatdır. Hər iki idmançı qalibiyyət təəssüratını Axar.az-la bölüşüb.

Patimat Abakarova: "Çox sevinirəm ki, bürünc medal qazanmışam. Əlbəttə, qızıl medal arzusunda idim, amma nə etmək olar idmandır, 3-cü yeri tutmağı bacardım. Taekvondo Federasiyasının rəhbəri Kəmaləddin müəllimə, məşqçimə, ailəmə və bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm".

Ləvənt Tuncat: "İlk dəfədir Avropa Oyunları keçirilir. Bu da idmançılara başqa bir həyəcan yaşadır. Yarışlar Olimpiya Oyunlarında olduğu kimidir, sadəcə Avropa ölkələri üçün nəzərdə tutulub. Tatamiyə çıxanda həyəcanım vardı, amma illərdir təcrübəmə əsasən bu pilləyə gəlib çıxdım. Burada məni tanıyan azərbaycanlı qardaşlarım var. Onların dəstəyini və duasını hiss edirdim".

Bakıya 6-cı dəfədir gəldiyini söyləyən T.Levent deyib ki, əvvəlki Bakı ilə indiki paytaxtımız arasında çox fərq var: "Mən 2009-cu ildə də Bakıya gəlmişdim, çox inkişaf edib, hər tərəfdə yeniliyi, fərqliliyi hiss etmək olur".

Tarix
2015.06.17 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla