Yuxarı

Fransadakı bu qüvvələr sülhə mane olurlar - Rumestan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadakı bu qüvvələr sülhə mane olurlar - Rumestan

Fransadakı ermənipərəst mövqelilər Azərbaycan ilə Ermənistan arasında sülhün bərpa olunmasına əngəl törədirlər. Azərbaycanın mövqeyi də ətraflı təhlil edilməklə və nəzərə alınmaqla yalnız sülhə doğru addımlamaq olar.

Axar.az xəbər verir ki, bunu Report-a tarixçi və jurnalist Alən Rumestan (Alain Roumestand) bildirib.

Fransalı jurnalist Azərbaycanla bağlı tarixi və digər reallıqların Fransa mətbuatında qeyri-obyektiv təhlil edildiyini bildirib:

"Son illərdə Fransa mətbuatında Azərbaycanla bağlı xəbərlərə yer verilmir, yaxud da oxuculara yanlış məlumatlar çatdırılır. 44 günlük müharibə zamanı hərbi əməliyyatlara dair səhv məlumatlara tez-tez rast gəlinirdi. Sübut olmadan suriyalıların döyüşlərdə iştirakından yazılır, heç bir Azərbaycan əsgərinin Ermənistana girmədiyi halda Erməistanın işğal olunmasından bəhs edillirdi. Münaqişə dini zəmində baş vermədiyi bir halda onun "Müsəlman barbarları xristian qurbanları"na qarşı baş verdiyini iddia edən məqalələr dərc edilirdi. Lakin bu birtərəfli, qeyri-obyektiv təhlilər yalnız aranı qızışdırmağa xidmət edir və iki ölkə arasında sülhün bərpa olunmasına böyük əngəl törədir. Azərbaycanın mövqeyi də ətraflı təhlil edilməklə və nəzərə alınmaqla yalnız sülhə doğru addımlamaq olar".

Alən Rumestan Azərbaycanla bağlı qeyri-obyektiv yazıların səbəblərinə də toxunub:

"Fransada xüsusi və paradoksal bir vəziyyət yaşanılır. Artıq illərdir ki, ölkədə terror aktları törədilir. Müxtəlif icmaların birgə yaşaması problemi baş qaldırıb. Bugünki gündə vətəndaşlar arasında "İslam", "İslamçılıq", "Radikal İslam"və digər bu kimi mövzuların bir-biri ilə qarışıq salınması meyli yaranıb. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinə dini ad verilərək qeyri- obyektiv qiymətləndirilməsinə səbəb olan əsas faktorlardandır".

Alən Rumestan Fransadakı erməni diasporunun ictimai fikrə güclü təsir göstərdiyini də bildirib:

"Fransada azərbaycanlı icması azdır, erməni icması isə sayca çoxdur və mütəşəkkil formada və xüsusilə mətbuatda çox aktiv fəaliyyət göstərirlər. Təəssüf ki, iki icma arasında münasibətlər yaxşı deyil. Sülhpərvər insanlar və qurumlar iki icma arasında barış və anlaşma yaratmağa çalışmalıdır. Ümumiyyətlə, münaqişənin təkrarlanmaması üçün, eyni zamanda iqtisadiyyata ziyanlar vurulmasının qarşısını almaq üçün iki xalqın sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur".

Fransalı jurnalist hesab edir ki, Azərbaycandakı dini tolerantlıq və multikulturalizm onun əsas mədəni sərvətlərindəndir:

"Azərbaycan mənşəyindən, irqindən və dinindən asılı olmayaraq bütün vətəndaşların təməl hüquqlarını və bərabərliyini təmin edən çox etnik və çox etiqadlı bir ölkədir. Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir platforma olaraq qəbul edilir. Bakı xristian və müsəlman dünyası arasında əlaqələrin inkişafını təmin edən dinlərarası dialoq üçün əsl mərkəzdir".

Tarix
2021.05.13 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla