Yuxarı

Karauz: Laçındakı təlimlər lazım olan yerlərə mesajdır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karauz: Laçındakı təlimlər lazım olan yerlərə mesajdır - Video

09:00

Hərbi təlimlər bir ordunun aldığı hərbi təhsilin son nəticəsi və ən üst səviyyəsidir. İki ölkə ordusunun birgə keçirdiyi təlimlər isə onlar arasında koordinasiyanın gücləndirilməsi, lazım olan anda ortaq düşmənə qarşı hərəkatı təşkil etmək üçün yerinə yetirilir. Hazırda iki ölkə arasında olan hərbi əməkdaşlıq haqqındakı müqavilələrə əsasən, Bakıda Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqləri, eyni zamanda Laçında komandosların çətin relyefdə hərəkət qabiliyyətlərini və koordinasiya imkanlarını daha da inkişaf etdirmək üçün təlim, Konya şəhərində hava qüvvələrimizin ortaq təlimi və Təkirdağın Gelibolu bölgəsində “qardaş briqada” layihəsi davam edir.

Bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücəl Karauz deyib.

General son dönəmdə bölgədə yaşanan proseslər fonunda belə təlimlərin böyük əhəmiyyət daşıdığını bildirib:

“Həm hava, həm quru, həm də suda ən yüksək səviyyədə birgə hərbi təlimlərin keçirilməsi cənab İlham Əliyevin 44 günlük müharibə dövründə ordu quruculuğunda türk modelinə keçməklə bağlı verdiyi bəyanatın praktiki şəkildə həyata keçirildiyini göstərir. Digər tərəfdən bu təlimlər Ermənistanın son dövrdə artırdığı təxribatlara və bölgədə kirli niyyətlərini gerçəkləşdirmək istəyənlərə qarşı Türkiyə və Azərbaycanın sarsılmaz birliyini nümayiş etdirir”.

Karauz Türkiyə və Azərbaycanın ilk dəfə eyni vaxtda bütün qoşun növləri ilə birgə hərbi təlimləri keçirdiyini bildirdi:

“Türkiyə və Azərbaycan tarixdə ilk dəfə eyni vaxtda bütün qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirir. İşğaldan azad edilən Laçında hərbi təlimlərin keçirilməsilə isə lazım olan yerlərə çox böyük siyasi və hərbi mesajlar verilir”.

Tarix
2021.09.09 / 11:14
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla