Yuxarı

İranın “əzələ nümayişi” işə yaramadı: Bakıya səfər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın “əzələ nümayişi” işə yaramadı: Bakıya səfər...

İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur bu gün Bakıya gəlir. Tehran səfir səviyyəsində danışıqlardan istədiyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə “əzələ nümayişi”nə əl atdı.

Ardınca diplomatın gəlişi o deməkdir ki:

- “Əzələ nümayişi”nin işə yaramadığını anlayırlar: Türkiyə və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə çıxarmasına kömək edən amillərdəndir;

- İran danışıqları davam etdirmək istəyir: sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır.

Səccadpur Bakıya Azərbaycan, Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə də, rəsmi şəxslərlə də görüşlər keçirəcək. Və bu görüşlərdə üç məsələni müzakirə edəcəyi mümkündür.

1. Xankəndiyə yük daşıdığı faktı ilə saxlanılan iki sürücünün sərbəst buraxılması: bu sürücülərin sıravi vətəndaş olmadığı da istisna deyil;

2. Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq, rüsum və digər məsələlərdə güzəştlər əldə etmək;

3. İran işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni təmaslarında davamlı irəli sürür.

Burada diqqətçəkən əsas məqam Bakının əlinin heç olmadığı qədər güclənməsi və Tehranın “şir kimi oğlanlarıq” ritorikasına rəğmən, hesablaşmağa məcbur qalmasıdır.

Tarix
2021.09.21 / 17:24
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla