Yuxarı

Azərbaycanın qələbəsi bizim qələbəmizdir - Sancrani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Səfir Xəzər Fərhadov qəbula görə Pakistan Senatının sədrinə təşəkkür edib və iki qardaş ölkə - Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən söhbət açıb. Xəzər Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Xəzər Fərhadov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın, o cümlədən ölkə Senatının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib və dərin təşəkkürünü ifadə edib. Səfir Azərbaycan və Pakistan parlamentləri arasında yüksək səviyyəli əlaqələrin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına xüsusi töhfəsinə vurğulayıb.

O, eyni zamanda ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın, ticarət və kənd təsərrüfatı sahələri üzrə işçi qruplarının fəaliyyətindən söhbət açaraq təhsil, səhiyyə, İT və enerji kimi sahələrdə də işçi qruplarının yaradılmasının vacibliyini bildirib. Xəzər Fərhadov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar və mövcud geniş potensiallar barədə məlumatları diqqətə çatdırıb.

Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Məhəmməd Sadiq Sancrani, Senat və onun fəaliyyəti haqqında ətraflı məlumatları diqqətə çatdıraraq, Pakistan Senatının Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.

Ölkəmizin Vətən Müharibəsindən söhbət açan sədr, Azərbaycanın qələbəsinin Pakistanın qələbəsi olduğunu xüsusi vurğulayıb. Məhəmməd Sadiq Sancrani iki qardaş ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib və bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsi üzrə əməkdaşlığın daha da gücləndirilməsi vacibliyini və bu istiqamətdə Pakistan Senatının lazımi bütün köməkliyi göstərəcəyini əminliklə ifadə edib.

Eyni zamanda Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.

Tarix
2021.09.22 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla