Yuxarı

Ərdoğanla Putin Qarabağda anlaşdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:09

Rusiyadan S-400-lərin, hərbi təyyarələrin, təyyarə istehsalı üçün motorların alınması, birgə gəmi istehalı, kosmik və nüvə sənayesində əməkdaşlıq, ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması və s.

Ərdoğan Soçidə Putinlə 3 saatdan artıq davam edən görüşlə bağlı sualları cavablandırarkən, iki ölkə arasında bu razılaşmların əldə edildiyini açıqlayıb.

İkitərəfli razılaşmalar regional məsələlərin həllinə də təsir edən amillərdir. Və rəsmi şəkildə bildirilir ki, Ərdoğanla Putin həm İdlib, həm Qarabağ məsələsindən danışıb.

- İdlibdə tam anlaşma əldə olunmasa da, birgə hərəkət etməklə bağlı razılıq əldə edilib;

- Suriyada terrora qarşı birgə mübarizə haqda qərar verilib.

Ərdoğanın açıqlamalarından məlum olur ki, Ankara PYD/YPG məsələsində Vaşinqtondan fərqli olaraq, Moskva ilə anlaşmaq perspektivlərinə ümid edir.

- Qarabağ məsələsi müzakirə olunub, bu mövzu ətrafında iki açıqlama xüsusilə diqqət çəkir.

Birincisi, Moskvanın dedikləridir:

- Kremlin sözçüsü Peskov bildirir ki, Putin Qarabağ münaqişəsi tərəflərinin sərhədin delimitasiyası və kommunikasiya xətlərinin açılması üzrə güzəştli həll variantı axtarmalı olduğunu deyib.

Bu, gündəlikdə Qarabağ məsələsindən daha çox, Azərbayan-Ermənistan münasibətləri, sərhədin delimitasiyası və kommunikasiyanın bərpası olduğunu deməyə əsas verir: Moskva Qarabağ məsələsində hələki son qərarın verilməsini istəmir, “separatçıların mövcud olduğu bölgəni” sonraya saxlayır; Bakı bununla bağlı mövqeyini açıqlayıb və proseslərin ardıcıllığı fonunda sərhədlərin delimitasiyasının öncə həll edilməsi Qarabağda əlini böyük ölçüdə gücləndirəcək;

İkincisi, Ankaranın dedikləridir:

- Ərdoğan bildirir ki, Suriya, Qarabağ, Liviya və Əfqanıstandakı prosesləri dəyərləndirdik, eyni zamanda, Azərbaycan məsələsini müzakirə etdik.

Bu, Ərdoğan və Putinin Azərbaycan məsələsini ayrıca müzakirə etdiyi deməkdir: məsələ Bakının Qarabağla bağlı gündəliyinin Putinlə müzakirə edilməsidir.

Görüşdən öncə Əliyev Rusiya və Türkiyə mediasına müsahibələrində Moskvaya müsbət mesajlar göndərir, bunun fonunda Qarabağla bağlı gündəliyinin nədən ibarət olduğunu (hətta Qarabağda ermənilərlə bağlı proqramı da şifahi formada təqdim etdi) açıqlayırdı. Bunun Soçi görüşünə hesablandığını, Ərdoğanın Bakının gündəliyini Putinlə müzakirə edəcəyini yazmışdıq. Sentyabrın 27-də Ərdoğanla Əliyevin Anım Günü münasibətilə reallaşan telefon söhbətində liderlər həm də “saatlarını yoxlayırdılar”. Ərdoğanın “eyni zamanda, Azərbaycan məsələsini müzakirə etdik” sözlərindən bu nəticəni çıxarmaq olar.

“Azərbaycan məsələsi” həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasını özündə ehtiva edir. Çünki Türkiyə və Rusiya “Altılıq platforması”nın (beşlik formatında olacağı gözlənilir) reallaşmasından yanadır və bunun baş tutması üçün Ankara-İrəvan xətti ilə yanaşı, Bakı-İrəvan xəttində normallaşma mütləqdir. Zəngəzur dəhlizi də prosesin tərkib hissəsidir və Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan cavab gözlədiklərini deməsi, Putinlə bu məsələnin tezləşdirilməsi istiqamətində razılıq əldə etdiyi ehtimalını önə çıxarır.

Ərdoğan-Putin görüşündən sonra baş verən iki hadisə isə xüsusilə diqqət çəkdi:

Birincisi, Rusiyanın səfiri Sergey Kopirkin Ermənistan parlamentinin vitse-spikeri ilə Bakıda saxlanılan erməni terrorçuların qaytarılması məsələsini müzakirə etdi.

Mümkündür ki, Soçi görüşündə ermənilərlə mina xəritələrinin barter edilməsinin Moskvanın vasitəçiliyi ilə aparılması üzərində razılıq əldə olunub: bu, Rusiyaya regionda Gürcüstanın alternativ vasitəçiliyinə qarşı lazımdır, xüsusilə Qaribaşvilinin Ərdoğan-Putin görüşü ilə eyni gündə Bakıya səfər etməsi məsələni ruslar üçün aktuallaşdırır;

İkincisi, İran Azərbaycanla sərhəddə quru qoşunları ilə yenidən hərbi təlimlərə başlayacaq.

Bakı-Tehran xəttində yol böhranı danışıqlar istiqamətinə keçdi, ardınca Tehranda üçtərəfli görüşlə – Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri – bağlı razılıq əldə olundu. Lakin Prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsində İranla bağlı səsləndirdiyi haqlı fikirlər cənubdan ritorik hücumlara yenidən start verilməsi ilə nəticələndi. Bu kontekstdə hərbi təlimlərin yenidən başlanmasını Əliyevin müsahibəsi, daha dəqiq desək, Bakının prinsipial mövqeyi ilə əlaqələndirmək olar. Lakin burada əsas səbəbin Ərdoğan-Putin görüşü olduğu daha güclü ehtimaldır.

1. Ərdoğanla Putinin Suriyada birgə hərəkət etmək anlaşması bu ölkə, həm də Yaxın Şərqdə məzhəb üzərindən strategiya quran İranın perspektiv maraqlarına ziddir;

2. Ərdoğanla Putin Qarabağda razılıq əldə edib: bu, İranın Cənubi Qafqazda yeganə təsir kartı kimi qalan Ermənistanın da əlindən çıxması, bölgədə sıxışdırılması ilə nəticələnə bilər;

Proseslər yaxın dövrdə Moskvada Əliyev-Paşinyan görüşünün təşkil ediləcəyi gözləntisini də artırır.

Tarix
2021.10.01 / 11:23
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycanla birgə güclü addımlar atacağıq - Kurum

Ölkədə dizel istehsalı beş dəfə artdı

Azərbaycanda xidmət rəisinin müavini işdən çıxarıldı

Əliyev də, mən də bundan narahatıq - Putin

Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi

Ceyhun Bayramov gürcü həmkarına zəng etdi

Bakı ilə Tiflis arasında məsləhətləşmə: protokol imzalandı

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Əsəd İran və Rusiyanı şantaj edir

Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət edilməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla