Yuxarı

İrəvanda aləm qarışdı: sərhəddə atışma, ölü və yaralılar var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mediası, sosial şəbəkələr və Müdafiə Nazirliyi bu gün axşam saatlarından başlayaraq özlərini rüsvay etməklə məşğuldurlar.

Axar.az xəbər verir ki, saat 17:00-dan sonra erməni Teleqram kanallarında Kut kəndi (Göyçə) istiqamətində atışma baş verdiyi, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir erməni əsgərin yaralandığı haqda məlumat yayıldı.

Aradan təxminən bir saat keçəndən sonra, saat 18:24-də Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verərək, heç bir atışma olmadığını, sərhəddə hər hansı əsgərin yaralanmadığını bəyan etdi.

Bu açıqlamadan yarım saat keçməmiş, yəni 18:49-da Ermənistan Müdafiə Nazirliyi “doğrudan da” sözügedən istiqamətdə, ancaq Kut deyil, Böyük Qaraqoyunlu (ermənilər Norabak adına dəyişdiriblər – red.) səmtində atışma baş verdiyini təsdiqlədi.

Saat 20:53-də isə Ermənistan MN atışma nəticəsində 2002-ci il təvəllüdlü Suren Səfəryan adlı əsgərinin öldüyünü bildirdi.

Məlumatda təəccüblü məqam nədir?

Ermənistan MN 18:24-də təkzib edir, ancaq 18:49-da elan edir ki, atışma var, 20:53 xəbərində isə atışmanın 18:10-da başladığını, 19:30-da kəsildiyini bildirir.

Anlaşılmaz, ziddiyyətli, qarışıq bir vəziyyətdir. Ermənistan MN-in rəsmi açıqlamasına görə, əgər atışma 18:10-da başlamışdısa, 18:24-də niyə atışmanın olduğu təkzib edilirdi?

Digər tərəfdən, əgər atışma doğrudan da 18:10-da başlayıbsa, bəs, erməni Teleqram kanalları 17:00-dan sonra atışma baş verdiyini və bir erməni əsgərin yaralandığını necə müəyyənləşdiriblər? Axı, Ermənistan MN elan edir ki, 17-18 radələrində atışma-filan olmayıb, atışma 18:10-da başlayıb və 19:30-a qədər davam edib.

İşin daha biabırçı tərəfi də var. Bu dəqiqələrdə Ermənistan ərazisindəki Şişqaya (Geqamasar) icmasının rəhbəri Akop Vetyan erməni mediasına bildirir ki, insident nəticəsində nəinki bir erməni əsgər ölüb, həm də yaralılar var. Ancaq o, yaralıların nə qədər olduğunu bilmədiyini deyir.

Sərhəddə nə baş verdiyi bəlli deyil, bəlli olan odur ki, Ermənistanda əməlli-başlı başıpozuqluqdur. Hətta Ermənistan MN yaydığı məlumatlarla öz-özünü təkzib etməsinin fərqində deyil.

Azərbaycan MN atışma məlumatını təkzib edib və heç bir atışma olmadığını, Ordumuzun da hər hansı erməni əsgərini yaralamadığını bildirib.

Belə çıxır ki, atışma erməni əsgərlərin öz arasında baş verib. Ermənistan MN bunu gizlətməyə çalışsa da, ölüm səbəbindən insidenti ört-basdır etmək mümkün olmayıb. Çıxış yolunu isə Azərbaycan əsgərinin atəş açması barədə Teleqram kanallarında yayılan və təkzib etdiyi xəbəri təsdiqləməkdə görüb, əvəzində aləm bir-birinə qarışıb, daban-dabana zidd "rəsmi məlumatlar" ardarda sıralanıb.

Tarix
2021.11.22 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla