Yuxarı

Prezident təqaüdçüləri AGP-nin layihəsini sildirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təqaüdçüləri AGP-nin layihəsini sildirdi

"Prezident Təqaüdçüləri" Gənclər Birliyinin Azərbaycanın ərazi bütövlüyünə etinasızlıqla yanaşılması və beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə əlaqədar Avropa Gənclər Parlamentinin icraçı direktoru Krista Simberqə göndərdiyi etiraz məktubuna qurumdan rəsmi cavab gəlib.

Bu barədə Axar.az-a açıqlama verən "Prezident Təqaüdçüləri" Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu bildirib ki, Avropa Gənclər Parlamentinin rəsmi internet səhifəsində qondarma "Dağlıq Qarabağ Respublikasına Təhsil Səfəri" adlı elan yerləşdirilib. Buna etiraz olaraq ölkənin gənclər sektorundan bir sıra qurumlar yerli mətbuatda bəyanatlar dərc ediblər. "AGP Azərbaycan"ın mediaya rəsmi açıqlamalarından sonra isə elanın təşkilatın rəsmi saytından yığışdırılacağını güman etsələr də, beynəlxalq təşkilat gözlənilən addımı atmayıb:

"Qurumun bu anlaşılmaz və beynəlxalq hüququ tapdalayan addımı bizləri rəsmi və tam hüquqi aktlara söykənən müraciət hazırlamağa vadar etdi. Rəsmi müraciətimizə bir həftə sonra cavab verildi və adıçəkilən layihənin AGP-nin mərkəzi ofisi ilə heç bir əlaqəsi olmadığı vurğulandı".

Təbriz Raufoğlu əlavə edib ki, ona qurumdan "Sizinlə heç bir rəsmi bağlılığı olmayan bir tədbirin elanının rəsmi internet səhifənizdə nə üçün hələ də qalır" deyə sual ünvanlayıblar. AGP-nin icraçı direktoru da elanın silinəcəyini bəyan edib və bu gün günorta saatlarından sonra qondarma layihənin elanı Avropa Gənclər Parlamentinin veb-saytından yığışdırılıb.

Tarix
2015.08.05 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla