Yuxarı

Balayanın etirafı: Ermənilər meyitlərdən körpü düzəltmişdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yenə də öz ənənəvi, fürsətçi siyasətindən əl çəkmir. Bakının səmimi addımlarına heç olmasa sözlə adekvat reaksiya vermir. Biz onlardan sadəcə olaraq minlərlə itkin düşmüş vətəndaşımızın toplu məzarı haqqında məlumat istəyirik. Görünür, ermənilər bunun dünya ictimaiyyətində yarada biləcəyi rezonansdan və təbliğatı məsələsindən narahatdırlar.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycanın 8 erməni hərbçini qaytarmasından sonra Ermənistanın öhdəliklərindən imtina etməsi barədə danışarkən deyib.

O bildirib ki, burada daxili amillərin, erməni xalqının reaksiyasının da rolu var. Lakin istənilən halda onların özlərinin bəzi etiraflarından toplu məzarların yerini təxminən müəyyən etmək olar:

“Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı əsərindəki məqama diqqət edək: ermənilər livanlı jurnalistlə bərabər Daşaltıdan Xocalıya gedərkən yol üzərindəki dərədən keçməli olurlar. Həmin dərəni su basmışdı. Sonradan müdafiə naziri olmuş Ohanyan onlara Xocalı tərəfdən qışqırır və dərəni keçmək üçün körpü düzəldəcəyi vədini verir. Onlar qətlə yetirilmiş azərbaycanlıların meyitlərindən ayaqlarının altında körpü düzəldirlər. Üzü Xocalıya tərəf qalxanda isə 1200-dən artıq əsgərlərimizin meyitinin üzərinə benzin töküb yandırırlar. Bütün bunlar sözügedən əsərdə yazılıb. Bu qoca və alçaq Balayan öz cızmaqarasında öldürülən insanlara necə divan tutulduğunu və nəşlərinin necə gömüldüyünü çox soyuqqanlı və vəhşiliklə izah edir. Artıq buradan asanlıqla təxmin etmək olur ki, toplu məzarlıqlardan biri Xocalı ətrafındadır”.

Politoloq deyib ki, buna bənzər insidentlər Meşəlidə, Qaradağlıda, Kəlbəcərin Ağdaban, Ayrım kəndlərində də baş verib:

“Toplu məzarlıqları suverenliyimizi bərpa etdiyimiz bölgələrdə - Qubada olduğu kimi, görünür, özümüz axtarıb tapmalıyıq. Bunlardan erməni vandalizmini ittihamda istifadə etməliyik. O günlər uzaqda deyil. Həmçinin Xankəndidəki xəstəxanaların birində 24 azərbaycanlıya qarşı törədilmiş vəhşilik haqqında da məlumatlar var. Oradan canını qurtarmış 1 soydaşımız bildirir ki, onların üzərində qeyri-insani, tibbə aid olmayan eksperimentlər həyata keçirilib. O bildirir ki, geridə qalan 23 nəfərin sağ qaldığı qənaətində deyil. Deməli, toplu məzarlıqlardan birini Xankəndi ətrafında da tapmaq mümkün olacaq. Qarabağın dağlıq hissəsindəki bir çox ərazilərdə belə toplu məzarların ola biləcəyi qənaətindəyik. Ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra biz onları aşkarlayıb dünya ictimaiyyətinə tanıdacağıq”.

Q.Hüseynli bildirib ki, belə məsələlər diplomatik kanallarla, danışıqlar yolu ilə çözülür. Bunun zor yolu ilə həll edilməsi mümkünsüzdür:

“Onlardan toplu məzarların yerini öyrənməyimiz üçün əlimizdə imkanlar olacaq. Zəif ehtimalla deyə bilərəm ki, hazırda Ermənistan daxili ictimai rəydən qorxur və məzarlıqların yerini söyləməyə cəsarəti çatmır. Amma ola bilsin ki, bu məsələlər barədə əlaqədar orqanlara müəyyən ipucları versinlər”.

Tarix
2022.02.09 / 15:31
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Sumqayıt hadisələrindən 36 il ötür

ABŞ-dan Bakı və İrəvana növbəti çağırış...

Separatçılarla dialoq: Rusiya Bakını təklif etdi – Mühüm

Məhkəmənin vaxtı açıqlandı: İrəvanın Bakıya qarşı 4 iddiası

Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq

Qarabağın erməni dərsliyində “yeri” qalmaqal yaratdı

Rəsmi Bakı Ermənistanın iddialarına cavab verdi

Mirzoyanın Bayramovla buna nail olacağına ümid edirəm

Bakı ilə sülh olmalıdır, başqa təklif eşitmək istəmirəm!

Müharibə proqnozu... – Simonyan “nankor” dedi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla