Yuxarı

Vüqar Bayramov iş adamlarını varlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Bayramov iş adamlarını varlandırdı

Son günlər avronun dollara nisbətən məzənnəsində kəskin artımlar müşahidə edilir. İqtisadçı alim Vüqar Bayramov hələ avqustun əvvəlində avronun məzənnəsinin yüksələcəyi ilə bağlı doğru proqnoz verərək qısa müddətli dollar aktivlərini Avropa puluna çevirməyi təklif etmişdi. Bu proqnozdan sonra avro dollara nisbətən 7 faizə yaxın bahalaşdı.

Axar.az-ın əldə etdiyi məlumata görə, bu ayın əvvəlləri Vüqar Bayramovun son proqnozu mətbuatda yayılandan sonra bir sıra şirkət və iş adamı qısa müddətli dollar və manat aktivlərini avroya çevirib, indi isə sataraq ciddi gəlir əldə ediblər. Bildirək ki, hər milyon dollarlıq vəsait qısa zamanda 70 min dollar gəlir gətirib.

Xəbəri Vüqar Bayramov əməkdaşımıza təsdiqləyib:

"İş adamlarından bəziləri zəng edərək həmin proqnoza baxdıqdan sonra öz qısamüddətli dollar ehtiyatlarını avroya çevirdiklərini və son həftələr Avropa pulunun möhkəmlənməsi nəticəsində xeyli gəlir əldə etdiklərini bildiriblər. Təbii ki, yerli iş adamlarının valyuta bazarında proqnoz-dəyişikliklərdən istifadə edib öz maliyyə likvidliyini gücləndirməsi çox yaxşı haldır".

Vüqar Bayramov avronun dəyər qazanacağı ilə bağlı proqnozunu Çin yuanının devalvasiyası və Amerika Birləşmiş Statlarında (ABŞ) müşahidə edilən iqtisadi tənəzzüllə əlaqələndirdiyini deyib:

"Dünya valyuta bazarında avronun, hətta qısa müddətli dövrdə olsa da, güclənəcəyi gözlənilirdi. ABŞ isə Çinin qlobal iqtisadi genişlənməsində heç də maraqlı görünmür. Son dövrədək dəyər itirən avronun möhkəmlənməsi həm də avrozonanın aparıcı dördlüyündə vəziyyətin stabilləşməsi ilə bağlıdır. ABŞ səhm bazarının avqustun son iş həftəsinə ciddi tənəzzül ilə başlaması isə qlobal iqtisadiyyat üçün heç də yaxşı mesaj sayılmır".

Tarix
2015.08.25 / 12:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla