Yuxarı

Bu, Əliyevin şəxsi nəzarətindədir – Qırğız səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhəri bütün dünyadan gələn turistlər üçün Qafqazın ən məşhur məkanlarından biri olacaq.

Bunu Axar.az-a müsahibəsində Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanəliyev deyib.

“Bu şəhəri ziyarət etmək mənə də nəsib oldu. Bu səfərlə bağlı çoxlu təəssürat var. Mən indiyədək Şuşada olmamışdım. Amma mənə bu şəhərin zəngin tarixi haqqında məlumat verildi. Əminəm ki, Şuşa gələcəkdə turistlərin ən çox üz tutduğu məkana çevriləcək”, - o bildirib.

Qarabağın 30 illik işğaldan sonra bərpası mövzusuna toxunan səfir qeyd edib ki, bu gün çox böyük işlər görülür:

“Hiss olunur ki, Şuşaya xüsusi diqqət yetirilir. Əminəm ki, uzun illərdir sərmayə yatırılmayan şəhəri tez bir zamanda müasir infrastrukturlu “ağıllı” şəhərə çevirəcəklər. Axı Şuşa şəhərinin bərpası Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Bu, təkcə TDT çərçivəsində haqlı olaraq 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya deyil, bütün Qarabağa da aiddir. Cəmi 8 ay ərzində tikilən Füzuli Beynəlxalq Hava Limanından çox təsirləndim. Hava limanından şəhər mərkəzinə gedən yol yüksək keyfiyyətli və müasirdir”.

Tarix
2022.05.19 / 16:31
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla