Yuxarı

Cavid Qurbanovun rəqibi geri çəkildi – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu il parlament seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olmuş Kəlbəcər Ziyalılar Cəmiyyətinin sədri İmamverdi Cəfərov növbəti seçkilərdə iştirak etməyəcək.

Axar.az xəbər verir ki, buna səbəb YAP-ın namizədidir. İmamverdi Cəfərov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, o, YAP-ın namizədlər siyahısının açıqlanmasını gözləyirmiş:

"Mən nəzərimdə tutmuşdum ki, Cavid Qurbanovun namizədliyi olmayacağı halda seçki mübarizəsinə qoşulum və 2010-cu ildəkindən də güclü seçki mübarizəsi ortaya qoyum. Cavid Qurbanovun namizədliyinin irəli sürüldüyü bəlli olandan sonra seçkilərdə namizədliyimi verməmək qərarını qəbul etdim. Tam səmimi deyirəm ki, YAP 123 saylı dairədə başqa bir şəxsin namizədliyini irəli sürsəydi, yüz faiz seçkilərdə namizədliyimi verəcəkdim. Bitərəf namizəd olaraq çox ciddi seçki mübarizəsi aparacaqdım. Cavid Qurbanova görə seçkidə iştirak etmək fikrindən daşınmama səbəb isə mənim 2010-cu ildən indiyə qədər daim kəlbəcərlilər arasında necə deyərlər rəy sorğusu keçirməyim və camaatın öz deputatlarından razılıq etməsinə əmin olmağımdır. Kəlbəcər əhalisinin, seçicilərin rəyi mənim üçün əsasdır. Mən bu rəyi düz 5 ildir ki, öyrənirəm və görürəm ki, əhali Cavid Qurbanovun millət vəkili olmasını istəyir. Mən də Kəlbəcər əhalisinin məhz bu istəyini, rəyini nəzərə alıram. İctimai rəyə hörmət etməsən, ictimaiyyət də sənə hörmət etməz. Mən də bir kəlbəcərli kimi camaatımıza real deputatlıq edən şəxsin 123 saylı dairədən mandat daşımasını istəyirəm. Cavid Qurbanova da seçkilərdə uğurlar arzulayıram".

Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan İmamverdi Cəfərov Kəlbəcərin işğalı zamanı Xanlar şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri işləyib və həmyerlilərinin o dövrdə Xanlar rayonu və ətraf bölgələrdə yerləşdirilməsində rol oynayıb. 2010-cu il parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən müstəqil namizəd olub.

Tarix
2015.09.21 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın yaydığı bu məlumat yalandır - MN

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla