Yuxarı

Lisey və gimnaziyalara qəbul qadağası ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.

"Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək", - məlumatda bildirilib.

O da qeyd olunub ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

Xatırladaq ki, bəzi valideynlər lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün elan edilməsinə etiraz etmişdi.

Tarix
2025.05.29 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular... - Zərərçəkmiş

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

Bayramov Coşua Hakla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla