Yuxarı

İrəvan sərhədlə bağlı xəritələrdən “imtina edir”... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan sərhədlə bağlı xəritələrdən “imtina edir”... - Video

10:51

Paşinyan yəqin ki, “hüquqi qüvvədə olan sənədlər” dedikdə SSRİ-nin dağılması ərəfəsində Azərbaycan və Ermənistan arasında olan sərhədi nəzərdə tutur. Lakin elə İrəvanın özü bu hüquqi bazanı pozaraq ölkəmizin ərazisini işğal edib. Ona görə Paşinyan tələblərində haqsızdır.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Vladivostokdakı erməni icması ilə görüşündə sərhədlərin müəyyənləşməsi ilə bağlı müxtəlif xəritələrdən yox, “hüquqi qüvvədə olan sənədlərdən” istifadə olunması tərəfdarı olduğunu bildirməsini şərh edən politoloq, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan vaxt itirmədən Azərbaycanın qalib dövlət kimi diktə etdiyi gerçəkliyi qəbul etməlidir:

“Azərbaycan isə AXC-nin hüquqi varisi olduğu üçün həmin dövrdə Millətlər Liqası tərəfindən də tanınmış sərhədlərimizin bərpasını tələb etmək hüququna malikdir. Həmin dövrün xəritələri indi də mövcuddur. Sözügedən xəritələrdə Zəngəzur da Azərbaycan Cümhuriyyətinin ərazisinə daxildir. Paşinyan daxili auditoriya və erməni diasporu üçün çox şey danışa bilər. Lakin erməni siyasətçiləri də özləri dəfələrlə etiraf ediblər ki, İrəvan Bakının irəli sürdüyü təklifləri qəbul etmədiyi zaman daha ağır şərtlərlə üzləşməyə məcbur olur. Vəziyyətin belə cərəyan etməsinin səbəbkarı elə Ermənistanın özüdür. Levon Ter-Petrosyan 1992-ci ilin 5 martında “Komsomolskaya Pravda” qəzetində dərc olunan müsahibəsində danışıqların başlaması üçün Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməyəcəyi halda gələcəkdə Bakıya yalvaracağını vurğulamışdı. İndi həmin dövr yetişib. Ermənistan dövləti və ictimaiyyəti bu həqiqəti nə qədər tez dərk etsə, onlar üçün daha yaxşı olar”.

Qeyd edək ki, Paşinyan 8 sentyabrda Vladivostokdakı erməni icması ilə görüşü zamanı delimitasiya və demarkasiya prosesinin 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri ilə həyata keçirilməsi haqda müxtəlif fikirlər səsləndiyini, lakin sözügedən məsələ ilə bağlı işlərin hüquqi qüvvədə olan sənədlər vasitəsilə gerçəkləşdirilməli olduğunu deyib.

Tarix
2022.09.12 / 12:23
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla