Yuxarı

Azay Quliyevin 3-cü rəqibi də geri çəkildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa daha bir namizəd - Kənan Eminbəyli kampaniyadan çəkildiyini bəyan edib. K.Eminbəyli bu qərarı seçkidə rəqibi Azay Quliyevin ən şanslı olması ilə əlaqələndirib.

Axar.az xəbər verir ki, bununla bağlı K.Eminbəyli bəyanat yayıb. Bəyanatda vurğulanır ki, o, Azay Quliyev kimi güclü rəqibi olacağını gözləmirdi:

"Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ bəlli deyildi. O cümlədən, hörmətli millət vəkilimiz Azay Quliyev kimi güclü namizədlə seçkidə alternativ olacağımı gözləmirdim.

Azay Quliyev deputat kimi həm uğurlu fəaliyyəti olan, həm də ölkəmizi beynəlxalq qurumlarda ləyaqətlə, peşəkarlıqla təmsil edən millət vəkillərimizdəndir. Onun seçki təbliğat kampaniyası da çox uğurla, effektiv şəkildə aparılır. Seçicilərin Azay Quliyevə böyük rəğbəti açıqca hiss olunur. Bu səbəbdən onun seçkidə qələbəsi şübhə doğurmur.

Bu reallığı nəzərə alaraq, namizədliyimi geri götürürəm və mənə səs verəcək təəssübkeşlərimi, bütün seçiciləri hörmətli Azay Quliyevə səs verməyə çağırıram".

K.Eminbəyli qeyd edib ki, Azay Quliyevin uğurlu deputat fəaliyyətini 8 saylı Binəqədi Seçki Dairəsində də davam etdirəcəyinə əmindir.

Xatırladaq ki, K.Eminbəylidən əvvəl sözügedən dairədən digər qeydə alınmış namizədlər - professor Qüdrət İsaqov və Babək Abdullayev də namizədliyini Azay Quliyevin xeyrinə geri götürmüşdü.

Tarix
2015.10.21 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video

Bu, Rusiyanı daxildən məhv edəcək

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla