Yuxarı

Vilayəti: Hər bir iranlı azərbaycanlıdır - mən də…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayəti: Hər bir iranlı azərbaycanlıdır - mən də…

İran heç vaxt Azərbaycanı işğal etmək və ya Azərbaycana nəzarəti ələ keçirmək niyyətində olmayıb.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.

Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. O, həmçinin İranın Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.

Onun sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb:

“Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Qeyri-İran pasportu olsa da və ya İrandan kənarda yaşasalar da, bu, belədir. Mən də azərbaycanlıyam. Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi, mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlburz dağlarının ətəyindənəm. Mən də digər iranlılar kimi qürurlu İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verərəm”.

Tarix
2022.11.20 / 15:09
Müəllif
Mehriban Xəlilli
Digər xəbərlər

Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb

Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı artır

Baş nazirdən qərar: Bu agentliyin tərkibi təsdiqləndi

Bayramov Küveyt XİN başçısı ilə danışdı

AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

İlham Əliyev Aleksey Overçuku qəbul etdi - Foto

Gərginlik: Bayramov Bəhreynin XİN başçısı ilə danışdı

Rusiya niyə İranı qoruya bilmir? - Ekspert

Bu ərəb ölkəsi İranı hədələdi: Cavabsız qala bilməz!

Britaniya onu Azərbaycana səfir göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla