Yuxarı

​Silahlı Qüvvələr ağacəkmə aksiyasına başladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 14-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində müxtəlif növ ağac və gül kollarının əkilməsi aksiyasına start verilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd yeni istifadəyə verilən hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında yaşıllıq zolaqlarının salınması ilə ərazidə ekoloji mühitinin sağlamlaşdırılması və abadlaşdırılmasıdır.

Bu gün şəxsi heyət və hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə keçirilən yaşıllaşdırma tədbirində 30 mindən artıq yeni ağac və gül kolları əkilib.

Qərara alınıb ki, şəxsi heyətin iştirakı ilə belə ənənəvi tədbirlər mütəmadi olaraq gələcəkdə də davam etdirilsin.

Tarix
2015.11.14 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla