Yuxarı

Fazil Mustafaya yazılan bu təhdidlər… - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafaya yazılan bu təhdidlər… - Ekspert

Son günlər ölkəmizə kibertəhdidlərin artmasını müşahidə edirik. Bizim təhlükəsizliklə bağlı səlahiyyətli dövlət qurumlarımız təhdidlərin daha çox qonşu dövlətlər tərəfindən ola biləcəyini vurğulayıb.

Bu sözləri Axar.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, qonşu ölkələrlə bağlı konkret ad çəkilməsə də, söhbətin Ermənistan, Rusiya və həmçinin İrandan getdiyi aydın məsələdir:

“Azərbaycanda internet təhlükəsizliyi yaxşı qorunur, bununla bağlı bir xeyli tədbirlər həyata keçirib. 44 günlük Vətən müharibəsi dövründə də biz bunu müşahidə etdik. Lakin arxayınlaşmaq üçün də əsaslar yoxdur. Dünyanın çağırışları var və hər gün bu təhdidlər artır. Vətəndaşlar özləri də ayıq-sayıq olmalı, öz informasiya təhlükəsizliyini qorumaq üçün ilk növbədə addımlar atmalı, müvafiq dövlət qurumlarına müraciət etməlidir”.
Sosial şəbəkədə yazılan şərhlərə ciddi yanaşmağın vacibliyini qeyd edən Osman Gündüz millət vəkili Fazil Mustafaya yazılan təhdid mesajlarının ardından deputatın güllələnməsindən danışıb:

“Sosial şəbəkədə milli maraqlara zidd, aşağılayıcı mövqe sərgiləyən, hansısa dövlətlərin maraqlarından çıxış edən istənilən reaksiyalara, şərhlərə, bloq yazılarına, xəbərlərə səlahiyyətli qurumlar ciddi yanaşmalıdır. Xüsusən də indiki dövrdə monitorinq aparılmalıdır. Baş verən cinayətlə bağlı müzakirələr incələnməlidir. Hansı qüvvələr, nə mesajı verir? Ola bilər bunun istiqamətini başqa tərəfə yönəltmək istəyənlər var. Mən özüm Fazil bəyə bir neçə gün bundan öncə yazılan şərhləri gördüm. Bu, düşündürücü məqamdır. İlk növbədə bu cür şərhlər səlahiyyətli qurumların diqqətini cəlb etməlidir. Qanunla bu cür şərhlərin yazılmasına izacə verilmir və cinayət məsuliyyəti daşıyır. Fazil bəyə yazılan bu şərhlər isə diqqətə götürülməli, analitik təhlil aparılmalıdır”.

Qeyd edək ki, 28 mart saat 21:51 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılsa da, o, çiynindən və ayağından iki güllə yarası alıb. Hazırda o, həkimlərin nəzarəti altındadır və həyati təhlükəsi yoxdur.

Tarix
2023.03.30 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətləri Monteneqroda 1 milyard investisiya qoyub

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla