Yuxarı

Qarabağda qalacaq ermənilərin sayı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda “evsiz qalan” (?) və getmək arzusunda olanlar Ermənistana köçürüləcək. Bu, ərazilərimizdəki ermənilərin sayının minimuma enməsi ilə nəticələnəcək.

Separatçıların təslim olmasından sonra Xocalı və Xocavənddə, o cümlədən, keçmiş Ağdərə rayonu ərazisindən ermənilər Xankəndiyə gətirilir. Ağdərədəki ermənilər bu gün sülhməramlılar tərəfindən Xankəndiyə aparılıb, onların sayının 4 min olduğu deyilir.

Ermənilərin əksəriyyətinin Ermənistana getmək istəyəcəyi gözlənilir.

Birincisi, getmək istəyənlər qalmaq istəyənlərdən qat-qat çoxdur, hazırda minlərlə erməninin Xocalı aeroportu ərazisində getmək üçün növbə gözlədiyi haqda məlumat var;

İkincisi, 44 günlük müharibədən sonra Xankəndidə ciddi ev problemi yaranmışdı: azad olunmuş ərazilərdə qanunsuz məskunlaşanlar və ruslar tərəfindən Ermənistandan gətirilənlərin əksəriyyəti bu şəhərdə pansionatlarda qalırdı, hətta mağazalarda belə yaşayanlar vardı; digər ərazilərdən gələnlərdən sonra ev problemi daha da böyüyəcək və öz istəkləri ilə gedəcəklər.

Ermənistan hökuməti Gorusda Qarabağdan qayıdacaq ermənilər üçün düşərgələr yaradır. Artıq ilk qrupun Gorusa getdiyi deyilir. Erməni mənbələrin məlumatına görə, getmək istəyənlər üçün 30 avtobus ayrılıb. İlk gedənlər “evsiz”lər olacaq, daha sonra getmək istəyənlərin hamısı üçün şərait yaradılacaq. Əsas maraqlı məqam erməniləri daşıyacaq nəqliyyat vasitələrinin Azərbaycanın mərkəzi hakimiyyətindən aldıqları yanacaqla işlədiyidir. Rəsmi Bakı erməni əhalisi üçün bütün şəraiti yaradır: getmək istəyənlər təhlükəsiz şəraitdə çıxa bilirlər; qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edərək, rahat şəkildə yaşaya biləcəklər;

Bütün bunlar isə erməni əhalisinin yalnız Xankəndidə qalacağı və saylarının minimuma enəcəyi deməkdir.

Qeyd edək ki, Qarabağda ermənilərin sayı antiterror əməliyyatından öncə 40 min civarında idi.

Tarix
2023.09.24 / 23:20
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Solovyov Qusman və Markova Şuşaya gəldiyi üçün nələr dedi... - Video

Araz Əzimov İran səfiri ilə görüşdü: Mövcud durum...

Vilayətinin Zəngəzur ritorikası: Biz yol veririk, onlar isə... - Politoloq

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Araz Ağalarov da Bakıya gəldi, Emin gəzdirdi - Video

Azərbaycanlılar İranın bölünməsinin qarşısını aldı - Vilayəti

Mustafayevin işi: Pandemiya vaxtı 13 min sərnişin...

Ceyhun Bayramov çex həmkarı ilə telefon danışığı apardı

Baş nazirdən daha bir qərar

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla